Maqsudov Fəraməz Qəzənfər oğlu () — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000).
Həyatı Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir. Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir.
Elmi fəaliyyəti 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1994-cü il tarixli 212 nömrəli Fərmanı. e-qanun.az
F. Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir."Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Fəraməz Maqsudovun dəfninin təşkili üzrə Dövlət komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2000-ci il tarixli 496 nömrəli Sərəncamı. e-qanun.az
Əsas elmi nailiyyətləri F. Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi sahələrinə aiddir. Kəsilməz spektrə malik geniş sinif operator dəstələrinin spektral nəzəriyyəsinin əsasını qoymuşdur. Azalan potensiallı Şredinger operatorunun müsbət məxsusi ədədlərinin olmaması haqqında yeni meyar vermişdir. Eksponensial azalan kompleks qiymətli potensiallar halında yarımoxda sərhəd şərtinə parametr daxil olduqda Şturm–Liuvill operatorunun tam spektral analizini vermişdir. Birölçülü Dirak sistemi üçün həqiqi əmsallar halında tərs məsələni — səpilmə matrisinə görə operatorun bərpası məsələsini həll etmişdir. Öz-özünə qoşma olmayan operator-funksiyanın rezolventinin kəsilməz spektrdən analitik davam oluna bilməsini göstərmiş, məxsusi ədədlərin, spektral məxsusiyyətlərin və kvazistasionar vəziyyətlərin ətrafında rezolventanın baş hissəsi üçün aşkar düstur tapmışdır.
Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş tədqiqatlarında özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv üsullar işləyib hazırlamışdır. Neftin yeraltı laylardan sıxışdırılıb çıxarılması prosesini riyazi şəkildə modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər sisteminin həlli üçün üsul təklif etmişdir. Onun təşəbbüsü ilə Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yaradılmışdır.
Elmi Tədqiqatları F. Maqsudov 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir.
Təltif və mükafatları 1983-cü və 1990-cı illərdə SSRİ Nazirlər Sovetinin mükafatı, 1986-cı ildə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə "Xalqlar dostluğu" ordeni, 1990-cı ildə Əlincə Xeyriyyə Cəmiyyətinin sədri, 1994-cü ildə H. Z. Tağıyev adına mükafatın laureatı (medal) Fəraməz Maqsudovun çoxillik və çoxcəhətli fəaliyyətinin qanunauyğun nəticəsinə görə, 1997-ci ildə İslam Akademiyasının həqiqi üzvü seçilmişdir. 2000-ci ildə səmərəli və samballı xidmətlərinə görə dövlətimiz tərəfindən Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilmişdir. * "F. Q. Maqsudovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2000-ci il tarixli 303 nömrəli Fərmanı. e-qanun.az 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunan digər zəngin materiallarla yanaşı görkəmli akademik Fərəməz Maqsudov kolleksiyaları mühafizə edilir. Bu materiallar 20 iyul 2004-cü ildə Görkəmli akademik Fərəməz Qəzənfər oğlu Maqsudovun qızı Tamilla Maqsudova tərəfindən Muzeyə hədiyyə olunmuşdurNüşabə Əsədova. Görkəmli akademik Fərəməz Maqsudov (Muzey materialları əsasında) S. 109–114 / Görkəmli tarixçi-alim S. Aşurbəylinin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" VI Respublika elmi konfransının materialları. Bakı, 2016..
İstinadlar
Kateqoriya:AMEA prezidentləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Əlincə Xeyriyyə Cəmiyyətinin sədrləri Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:AMEA-nın həqiqi üzvləri