Çuxuryurd — Azərbaycan Respublikasının Şamaxı rayonunun Çuxuryurd kənd inzibati ərazi dairəsində kənd. Kənd Məlhəm bələdiyyəsinə aiddir.
Tarixi Çuxuryurd çökəkliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında rus ailələrinin köçürülməsi nəticəsində yaranmışdır. Əvvəllər yaylaq yeri olmuş bu ərazi çuxurda, çökəklikdə yerləşir. Oykonim "çökəklikdə yurd yeri" mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 205.
Əhalisi Kənd əhalisi 1005 nəfərdir ki, onunda 497 nəfəri kişi, 508 nəfəri isə qadınlar təşkil edir.
2013-cü ildə əhali sayı 1032 nəfərdir.
Tanınmışları Nikolay Şeverdyayev (1922–1986) — Sovet İttifaqı Qəhrəmanı. Samir Kaçayev (1994–2016) — Aprel döyüşləri şəhidi. Azərbaycan heykəltəraşı.
İstinadlar
Kateqoriya:Şamaxı rayonunun kəndləri