Erik Meskin (; ) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Rocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır.
Həyatı Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür. 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən () məzun olmuşdur.Minutes of Library Board Meeting , Tenafly Public Library Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.
Erik Meskin iqtisadiyyatda oyunlar nəzəriyyəsi, iqtisadi stimullar və müqavilə nəzəriyyəsi kimi müxtəlif mövzularda çalışmışdır. Xüsusilə mexanizm dizaynı nəzəriyyəsi, tətbiqi nəzəriyyəsi və dinamik oyun qaydası haqqındakı nəşrləri ilə tanınmaqdadır.
Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
Xarici keçidlər Erik Meskin haqqında Nobel mükafatı e-muzeyində məlumat. Erik Meskin haqqında faktlar. Erik Meskinin şəkilləri. Erik Meskinin müsahibəsi. Erik Meskinin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı.
İstinadlar
Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri