Massandra sarayı () — Ukraynada, Krım MR-də yerləşən qədim saray. Saray çar III Aleksandrın yay evi olmuşdur.
Tarixi Saray Krımın cənub sahillərindəki ən yaxşı memarlıq nümunlərindən biridir. Saray Fransa memarlığına uyğun inşa edilmişdir. Layihəsi şahzadə Vorontsov tərəfindən 1878-ci ildə memar M. Buşerə dizyn etdirilmişdir. 20 il davam edən işlər memar M. Mesmaher tərəfindən tamamlanmışdır. Stalinin bağ evi kimi tanınmışdır. Saraydan bir zamanlar Ramonovlar sülaləsi də istifadə etmişdir.
III Aleksandr və ailəsi tərəfindən yay evi kimi istifadə olunması üçün tikilən sarayda böyük otaqlar və bal zalları mövcuddur. Muzey kimi istifadə olunan sarayda hazırda təmir işləri aparılmaqdadır.
Qalereya
Mənbə Massandra
Kateqoriya:1878-ci ildə yarananlar Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Krım sarayları