Kaylaş Satyarti (, ; d. 11 yanvar 1954-cü il, Vidişa, Madxya-Pradeş, Hindistan) — uşaq hüquqları uğrunda Hindistan fəalı, Nobel sülh mükafatı laureatı (2014). O, Baçpan Baçao Andolan, Uşaq Əməyinə Qarşı Qlobal Yürüş, Təhsil üçün Qlobal Kampaniya və Kaylaş Satyarti Uşaq Fondu da daxil olmaqla bir çox ictimai fəal təşkilatların təsisçisidir.

Kaylaş və onun Baçpan Baçao Andolandakı komandası Hindistanda 86 mindən çox uşağı uşaq əməyindən, köləlikdən və insan alverindən azad edib. 1998-ci ildə Satyarti uşaq əməyinin ən sərt formalarına qarşı qlobal tələbi irəli sürmək üçün 103 ölkəni əhatə edən 80.000 km (təqribən 49.710 mil) uzunluğundakı Uşaq Əməyinə Qarşı Qlobal Yürüş təşkil etdi və ona rəhbərlik etdi. Bu, istismar edilən uşaqlar adına indiyə qədər ən böyük ictimai hərəkatlardan birinə çevrildi. Uşaqların və gənclərin də daxil olduğu yürüş iştirakçılarının tələbləri (xüsusən də məcburi əmək üçün insan alverindən, istismardan, cinsi zorakılıqdan, qanunsuz orqan transplantasiyasından, silahlı münaqişədən və s. qurbanlar) uşaq əməyinin ən pis formaları haqqında BƏT-in 182 saylı Konvensiyasının layihəsində öz əksini tapmışdır. Növbəti il Konvensiya BƏT-in Cenevrə Konfransında yekdilliklə qəbul edildi.

O, İşgəncə Qurbanları Mərkəzi (ABŞ), Beynəlxalq Əmək Hüquqları Fondu (ABŞ) və Kakao Təşəbbüsü də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların idarə heyətində və komitəsində çalışıb. Satyarti 2015-ci ildə Fortune jurnalının "Dünyanın ən böyük liderləri" arasında idi və 2017 və 2018-ci illərdə LinkedIn-in Güc profilləri siyahısında yer aldı. Satyarti Hindistanda 35 gün ərzində 19.000 km (12.000 mil) məsafəni əhatə edən Bharat Yatra adlı ümummilli yürüşə rəhbərlik edərək, uşaqlara təcavüz, uşaqların cinsi istismarı və insan alverinə qarşı qanun tələbi ilə çıxış etdi.

Erkən həyatı Satyarti Hindistanın Madxya Pradeş əyalətindəki kiçik Vidişa şəhərində anadan olub. Ailədə dörd qardaş və bir bacı arasında ən kiçiyidir. Atası təqaüddə olan polis rəisi, anası isə təhsilsiz, gözəl əxlaqlı evdar qadın idi. Satyartinin dediyinə görə, anasının bu müstəsna idealist və yardımçı xasiyyəti ona böyük təsir göstərib. O, hindlilərin və müsəlmanların bir yerdə yaşadıqları yerdə (mohalla) böyümüşdü. Dörd yaşlı uşaq ikən qonşu məsciddə Maulvidən urduca oxumağı öyrəndi və öz məktəbində hind və ingilis dillərini öyrəndi.

Satyarti və gəncliyində yoxsulluqla bağlı təcrübələri bütün uşaqlar üçün məktəbə çıxışın olmamasından çox təsirlənmişdi. O, gənc yaşlarında doğulduğu şəraitə görə bu bərabərsizlikləri dəyişdirməyə çalışdı.

Satyarthi təhsilini Vidişada tamamladı. O, Vidişadakı Hökumət Oğlanları Ali orta məktəbində oxuyub və Vidişadakı Samrat Aşok Texnoloji İnstitutunda elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsini bitirib [o zaman Bhopal Universitetinə (indiki Barkatullah Universiteti) bağlı idi) və yüksək gərginlikli mühəndisliyi üzrə fəlsəfə doktorluğu dərəcəsinə yiyələnib. Satyarti öz kollecində bir neçə il müəllim kimi fəaliyyət göstərib.

Fəaliyyəti thumb|Kaylaş Satyarti 1980-ci ildə Sathyarti elektrik mühəndisi karyerasını dayandırdı və sonra Baçpan Baçao Andolanı (Uşaqları Xilas Hərəkatı) təsis etdi. O, QHT-lərin, müəllimlərin və həmkarlar ittifaqı üzvlərinin dünya miqyasında koalisiyaları olan Uşaq Əməyinə Qarşı Qlobal Yürüş və onun beynəlxalq vəkillik orqanı olan Uşaq Əməyi və Təhsil üzrə Beynəlxalq Mərkəzi (ICCLE) yaratmış və ona rəhbərlik etmişdir. O, 1999-cu ildən 2011-ci ilə qədər Təhsil üzrə Qlobal Kampaniyanın prezidenti vəzifəsində çalışıb. Satyarti ActionAid, Oxfam və Education International ilə birlikdə onun dörd təsisçisindən biridir.

1998-ci ildə Satyarti Uşaq Əməyinin ən pis formaları haqqında Beynəlxalq Qanun tələb etmək üçün 80.000 km məsafəni əhatə edən 103 ölkəni qət edərək Uşaq Əməyinə Qarşı Qlobal Yürüş keçirdi və ona rəhbərlik etdi. Yürüş sonda uşaq əməyinin ən pis formalarına dair BƏT-in 182 saylı Konvensiyasının qəbul edilməsinə səbəb oldu.

O, Cənubi Asiyada uşaq əməyindən istifadə edilmədən istehsal olunan xalçaların ilk könüllü etiketlənməsi, monitorinqi və sertifikatlaşdırılması sistemi üçün GoodWeave International-ı (əvvəllər Rugmark kimi tanınır) qurdu. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində o, öz yürüşlərini sosial məsuliyyətli istehlakçılıq, ticarət və təchizat zəncirləri ilə bağlı qlobal korporasiyaların hesabatlılığı ilə bağlı məsələlərdə istehlakçıların məlumatlılığının artırılmasına yönəltdi. Satyarti uşaq əməyini insan hüquqları problemi, eləcə də rifah məsələsi və xeyriyyə işi kimi vurğuladı. his claims have been supported by several studies. O, bunun yoxsulluğu, işsizliyi, savadsızlığı, əhalinin artımını və digər sosial problemləri davam etdirdiyini iddia etdi, onun iddiaları bir sıra araşdırmalarla dəstəkləndi. Onun, uşaq əməyinə qarşı hərəkatın "Hamı üçün təhsil" əldə edilməsi səyləri ilə əlaqələndirilməsində rolu olub. Satyarti UNESCO orqanının və Fast Track Initiative (indi Təhsil üzrə Qlobal Tərəfdaşlıq kimi tanınır) idarə heyətinin üzvü olub. Satyarti İşgəncə Qurbanları Mərkəzi (ABŞ), Beynəlxalq Əmək Hüquqları Fondu (ABŞ) və Beynəlxalq Kakao Fondu da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların idarə heyətində və komitəsində çalışıb. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üçün uşaq əməyi və köləliyi 2015-ci ildən sonrakı inkişaf gündəliyinə daxil edib.

Satyarti 2014-cü ildə "uşaqların və gənclərin sıxışdırılmasına və bütün uşaqların təhsil hüququna qarşı mübarizəyə görə" Nobel sülh mükafatına layiq görülüb. Satyarti ilk Hindistanlı Nobel sülh mükafatçısıdır. thumb|Məlalə Yusəfzay and Kaylaş Satyarti. Şəkil 2014-cü il Nobel sülh mükafatını almazdan bir gün əvvəl keçirilən mətbuat konfransında çəkilib.

Təşkilatlar Baçpan Baçao Andolan 1980-ci ildə Satyarti tərəfindən bütün uşaqların təcrid və istismardan azad olduğu və pulsuz təhsil aldığı uşaq dostu cəmiyyətini yaratmaq üçün kütləvi hərəkat olaraq təsis edilib. Hərəkat birbaşa müdaxilə, ictimaiyyətin iştirakı, tərəfdaşlıqlar, koalisiyalar, həmkarlar arasında etikanı təşviq etmək, işçiləri birləşdirmək, təhsil, insan alveri, məcburi parlaq əmək, etik ticarət və uşaq dostu kəndlərini qurmaq kimi mövzularda kampaniyalar aparır. thumb|Hindistanın baş naziri Narendra Modi Nobel sülh mükafatı laureatı Kaylaş Satyarti ilə görüşündən. Satyarti, Cənubi Asiyada uşaq əməyindən istifadə edilmədən istehsal olunan xalçaların ilk könüllü etiketlənməsi, monitorinqi və sertifikatlaşdırılması sistemini təmin edən, xalçaçılıq sənayesində qeyri-qanuni uşaq əməyinə son qoymağa həsr olunmuş qeyri-kommersiya təşkilatları şəbəkəsi olan GoodWeave International (keçmiş Rugmark) qurucusudur. Bu təşkilat 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Avropa və ABŞ-də sosial məsuliyyətli istehlakçılıq və ticarətlə bağlı qlobal korporasiyaların hesabatlılığı ilə bağlı məsələlərdə istehlakçıların məlumatlılığını artırmaq niyyəti ilə yürüş həyata keçirmişdir. Rugmark International sertifikatlaşdırma proqramını yenidən brendləşdirdi və 2009-cu ildə GoodWeave etiketini təqdim etdi. Təşkilat GoodWeave International olaraq yenidən brendləşdi. thumb|ABŞ prezidenti Barak Obama Yeni Dehlidə Nobel sülh mükafatı laureatı Kaylaş Satyartinin qonağı olan gənc qızı (Payal Cangid) salamlayıb. Kaylaş Satyarti Uşaq Fondu (SCF) 2004-cü ildə Satyarti tərəfindən yaradılmışdır. Bu, uşaq hüquqlarına dair məlumatları yayan və faydalı siyasətləri müdafiə edən əsas təşkilatdır. Satyarti Qlobal Təhsil Kampaniyasını yaratdı və 1999-cu ildə onun prezidenti oldu. Qlobal Təhsil Kampaniyası qeyri-hökumət təşkilatlarının beynəlxalq koalisiyasıdır və tədqiqat, təbliğat vasitəsilə uşaq və böyüklərin təhsilini daha da böyütmək üçün çalışır. O, 1999-cu ildə Action Aid, Oxfam, Education İnternational, Uşaq Əməyinə Qarşı Qlobal Marş və Banqladeş, Braziliya və Cənubi Afrikadakı milli təşkilatlar da daxil olmaqla, bu sahədə ayrıca fəaliyyət göstərən QHT-lər arasında tərəfdaşlıq kimi yaradılmışdır.

Bharat Yatra Bharat Yatra uşaq alveri və cinsi zorakılıq haqqında məlumatlılığı yaymaq üçün Kaylaş Satyarti Uşaq Fondu tərəfindən yaradılmışdır. Yürüş Kanyakumaridə 11 sentyabr 2017-ci ildə başladı və 22 Hindistan ştatını və Birlik ərazilərini əhatə edən yeddi marşrut və 12.000 km-dən çox məsafəni qət etdi. Yürüş uşaqların cinsi istismarı və uşaq alveri ilə bağlı sosial dialoqa başlamaq, Hindistanda tabu problemlərinə, evlərində, icmalarında və məktəblərdə həssas uşaqları qorumaq məqsədi daşıyırdı. Yürüş 5000 vətəndaş cəmiyyəti təşkilatı, 60 Hindistan dini lideri, 500 Hindistan siyasi lideri, Hindistan hökumətinin 600 yerli, əyalət və milli orqanı, Hindistan məhkəmə sisteminin 300 üzvü və Hindistanda 25.000 təhsil müəssisəsi ilə əməkdaşlıq edib.

1,200,000-dən çox insan 35 gün ərzində yürüş etdi. Yatra, İnsan Alverinə Qarşı Mübarizə Qanununun 16-cı Lok Sabha tərəfindən qəbul edilməsi ilə nəticələndi.

Şəxsi həyatı Satyarti Hindistanın Yeni Dehli şəhərində yaşayır. Ailəsinə həyat yoldaşı, oğlu, gəlini, nəvəsi, qızı və kürəkəni daxildir.

Mükafatları Satyarti sənədli filmlərin, televiziya seriallarının, tok-şouların, təbliğat və maarifləndirmə filmlərinin mövzusu olmuşdur. 2017-ci ilin sentyabrında India Times, Satyartini həyat missiyası başqalarına ləyaqətli həyat təmin etmək olan 11 İnsan Hüquqları Fəalından biri kimi elan etdi. Satyarti aşağıdakı mükafatlara layiq görülmüşdür: 1993: Seçilmiş Aşoka Təqaüdçüsü (ABŞ) 1994: Axener Beynəlxalq Sülh mükafatı (Almaniya) 1995: Trampeter mükafatı (ABŞ) 1995: Robert F. Kennedi İnsan Haqları mükafatı (ABŞ) 1998: Qızıl Bayraq mükafatı (Hollandiya) 1999: Fridrix Ebert Stiftanq mükafatı (Almaniya) 2002: Miçiqan Universiteti tərəfindən verilən Uollenberq medalı 2006: Azadlıq mükafatı (ABŞ) 2007: ABŞ Dövlət Departamenti tərəfindən "Müasir gündə köləliyə son qoymaq üçün fəaliyyət göstərən qəhrəmanlar" siyahısında tanınıb 2007: İtaliya Senatının qızıl medalı (2007) 2008: Alfonso Komin Beynəlxalq mükafatı (İspaniya) 2009: Demokratiya Müdafiəçiləri mükafatı (ABŞ) 2014: Nobel Sülh Mükafatı 2014: Allians Universitetinin Fəxri Fəlsəfə Doktoru dərəcəsi 2015: Amiti Universitetinin Fəxri Doktoru 2015: Harvard Universitetinin "İlin humanitar işçisi" mükafatı 2016 Avstraliya İdarəetmə İnstitutunun üzvü 2016 Humanitar Məktublar Doktoru, Linçburq Kolleci (ABŞ) 2016 Hüquq elmləri doktoru (LLD), Qərbi Benqal Hüquq Elmləri Universiteti (Hindistan) 2017: P. C. Çandra Puraskar 2017: Böyük Uşaqların mühafizəsinə görə Qinnesin Rekordlar Kitabına düşüb 2018: Daynik Prayukti tərəfindən On illiyin şəxsiyyəti 2018: Elm üzrə Fəxri Doktor, Amiti Universiteti (Hindistan) 2018: Santokba Humanitar mükafatı 2018 2019: Vokhard Fondu, Ömür Boyu Nailiyyət mükafatı (Hindistan TV) 2019: Asia News tərəfindən verilən Sosial Ədalət üçün Ana Tereza Xatirə mükafatı

Kitabları (2006) (2016) आज़ाद बचपन की ओर, by Kailash Satyarthi; Prabhat Prakashan. (2017) Will for Children, by Kailash Satyarthi; Prabhat Prakashan. (2017) … Because Words Matter, by Kailash Satyarthi; Rupa Publications. (2018) बदलाव के बोल, by Kailash Satyarthi; Prabhat Prakashan. (2018) Every Child Matters, by Kailash Satyarthi; Prabhat Prakashan. (2021) कोविड-19 सभ्यता का संकट और समाधान, by Kailash Satyarthi; Prabhat Prakashan.

İstinadlar

Xarici keçidlər

Nobel mükafatı komitəsinin məlumatı

Nobel Peace Prize 2014 Ceremony

Kateqoriya:1954-cü ildə doğulanlar Kateqoriya:Hindistanlı Nobel mükafatı laureatları Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:İnsan hüquqları aktivistləri