Çıraqdərə (əvvəlki adı: Çirakidzor) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Çirakidzor qəsəbəsi Çıraqdərə qəsəbəsi adlandırılmışdır. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Çıraqdərə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Çıraqdərə şəhər tipli qəsəbə rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmış, Çıraqdərə qəsəbə inzibati ərazi vahidi ləğv edilmişdir.
Toponimikası Qəsəbə 1930-cu ildə təşkil olunarkən bu adı almışdır. Sonralar ermənilər toponimi öz dillərinə çevirərək Cirakidzor (çıraqlı dərə) kimi rəsmiləşdirmişdilər. Etnotoponim idi.
Tarixi
Tarixi abidələri
Coğrafiyası və iqlimi
Əhalisi
İqtisadiyyatı
Mədəniyyəti
Təhsil
Din
Səhiyyə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Göygöl rayonunun ləğv olunmuş qəsəbələri Kateqoriya:1999-cu ildə ləğv olunan yaşayış məntəqələri