İstiqlal məscidi () — İndoneziyada ən böyük məscid.

Tarixi 1978-ci ildə prezident Suxarto tərəfindən açılış edilib. İstiqlal məscidi hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər. Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır.Allah evləri: dünyanın ən böyük məscidləri

Arxitekturası

İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var. Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.

İstinadlar

Kateqoriya:İndoneziya məscidləri Kateqoriya:1978-ci ildə yarananlar Kateqoriya:Cakarta Kateqoriya:İslam Kateqoriya:Sünni məscidləri