Frederik Ogüst Bartoldi (; ) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır)Robert Belot, Daniel Bermond, Bartholdi, Paris, Perrin, 2004, (ISBN 2-262-01991-6 et 9782262019914).

Bioqrafiya Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdırBertrand Lemoine, Institut français d’architecture, La Statue de la Liberté, Mardaga, 1995, Collection : A. R. C. H. I. V. E. S., (ISBN 2-87009-260-1 et 9782870092606).

Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı. Onun bu sahədə ilk işi general Jan Rappın xatirəsinə hazırladığı heykəldir.

Fransa-Prussiya müharibəsi zamanı Bartoldi Cüzeppe Qaribaldinin adyutantı vəzifəsini daşımışdır.

1875-ci ildə "Elzas-Lotaringiya" mason lojasına daxil olmuşdur. Elə həmin ildə Fransanın Vaven küçəsindəki emalatxanada Azadlıq heykəlinin hazırlanması ilə bağlı ilkin işlər görülür. Bəzi şayiələrə görə, heykəlin sifəti Bartoldinin anasındam, bədəni isə sevgilisindən ilhamlanaraq yaradılmışdır. O, 1886-cı il 28 oktabrında heykəlin təntənəli açılışı zamanı Nyu-Yorka getmişdir. Bu, onun ABŞ-yə sonuncu səfəri olmuşdur.

O, 1882-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. 1904-cü ilin 4 oktyabrında vərəm xəstəliyindən vəfat etmiş və Monparnas qəbiristanlığında dəfn olunmuşdur.

İşləri Bartoldi dünyanın müxtəlif hissələrində yerləşən 35 heykəlin müəllifidir. Onlardan ən məşhurları: Nyu-Yorkda General Lafayet, 1876 Vaşinqtonda "Kapitoli fontanı", 1878 Belfort şəhərində "Belfort şiri" abidəsi, 1880 Lanqr şəhərində Deni Didro abidəsi, 1884 Nyu-Yorkda yerləşən Azadlıq heykəli, 1886 Lionda "Bartoldi fontanı", 1892 Bazeldə "Strasburqu müdafiə edən, İsveçrə", 1895 Klermon-Feranda Verçinqetorik heykəli, 1903

Qalereya

İstinadlar

Xarici keçidlər Musée Bartholdi à Colmar Photos de la Statue de la Liberté Fontaine et parc de Bartholdi — Washington, États-Unis (en anglais) Bartholdi 2004 : site du centenaire de Bartholdi Site sur la Statue de la Liberté Frédéric Auguste Bartholdi dans Artcyclopedia Biography The Bartholdi Fountain and Bartholdi Park — Washington, DC Bartholdi à la RMN Base ARCHIM Base JOCONDE

Kateqoriya:Fransa heykəltaraşları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:Fransız masonlar