Osman Əfəndi Vəlizadə (? - ö. 1847) — Qafqaz Müsəlmanları İdarəsinin ikinci müftisi. O, bu vəzifədə 1842-ci ildən 1847-ci ilə qədər qalmışdır.
Həyatı Osman Əfəndi Qazax qəzasının Birinci Şıxlı kəndində nüfuzlu Azərbaycan şairlərindən olan Molla Vəli Vidadinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasından almış, daha sonra isə ənənəvi şərq elmlərində mütəxəsisləşmiş, rus dilini öyrənmişdir. Sonrakı fəaliyyət illəri ərzində Qazax, Borçalı və Tiflis qəzalarında hörmətli alim kimi məşhurlaşmışdır.
1842-ci ildə milliyyətcə tatar olan Tacuddin Mustafin vəzifədən uzaqlaşdırıldıqdan sonra Rus İmperator Ordusunun generallarından olan Yevyeni Qolovinin tövsiyyəsi ilə Osman Əfəndi Qafqazın ikinci müftisi təyin edilmişdir. 1847-ci ilin dekabrında Tiflisdə ilk şiə dini seminariyası açılmışdı. Bundan sonra Müfti Osman Vəlizadə eyni şəhərdə sünnilər üçündə eyni şərtlər altında seminariyanın açılması istəyini Qafqaz canişini General Vorontsovun qarşısında qaldırmışdır. Nəticədə onun istəyi 1848-ci ildə təmin edilmiş, 1849-cu ildə seminariyanın açılışı həyata keçirilmişdir. Seminariyada təhsil alan tələbələrdən hər hansısa ödəniş alınmamaqda idi. Başqa yerlərdən olan tələbələr mədrəsədəki qonaq evində qalmaqda idilər. Seminariyanın özü məscid tərəfindən dəstəklənməkdə idi.
Osman Vəlizadə 1847-ci ildə vəfat etmiş və onun vəzifəsinə oğlu Məhəmməd Vəlizadə təyin edilmişdir. Həmçinin bax Mirzə Hüseyn Qayıbzadə Qafqaz Müsəlmanları İdarəsi İstinadlar
Kateqoriya:Müsəlman din adamları Kateqoriya:1847-ci ildə vəfat edənlər Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri