İsmayıl Əhmədov () —Qafqaz Müsəlmanları İdarəsinin 10-cu müftisi olmuşdur.

Həyatı İlk illəri İsmayıl Əhmədov 27 noyabr 1907-ci ildə Şəkidə anadan olmuşdur. 1916–1918-ci illərdə Şəki ibtidai məktəbində, daha sonra şəhər məktəbində təhsil almış, 1923–1930-cu illərdə isə mədrəsədə oxumuşdur. 1936-cı ildə ailə həyatı qurmuşdur.

Fəaliyyəti 1941-ci il 23 iyunda İkinci Dünya müharibəsi zamanı Nuxa (indiki Şəki) hərbi komissarlığından orduya çağırılmışdır. O, “Stalinqradın müdafiəsinə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

1945–1967-ci illərdə Nuxa istehlak xidməti müəssisəsində bərbər kimi çalışmış, daha sonra Bakıya köçərək demək olar ki, iki ilə yaxın Hacı Əjdərbəy (Göy) məscidində molla vəzifəsində fəaliyyət göstərmişdir.

1969-cu ilin mayında Hacı İsmayıl Əhmədov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. . Ali dini təhsili olmayan yeni müfti dövləti loyal mövqeyi və mülayim xarakteri ilə tanınırdı. O, təbliğat aparmaqda çox da həvəsli olmasa da, xoş münasibəti sayəsində sünni icmasının rəğbətini qazana bilmişdi.

1970 və 1973-cü illərdə müfti İsmayıl Əhmədov Məkkəni ziyarət etmişdir. Bununla yanaşı, bir sıra xarici ölkələrə səfərlər etmiş, müxtəlif beynəlxalq müsəlman toplantılarında və sülh konfranslarında iştirak etmişdir.

Ölümü və irsi İsmayıl Əhmədov 18 fevral 1986-cı ildə 78 yaşında Bakıda vəfat etmişdir. Onun ölümündən sonra müfti vəzifəsi 1989-cu ilə qədər vakant qalmışdır. 1932-ci ildə yazdığı "Ramazan" adlı qəsidəsi ölümündən sonra dərc olunmuşdur. Həmçinin bax Mirzə Hüseyn Qayıbzadə Osman Vəlizadə İstinadlar

Kateqoriya:Müsəlman din adamları Kateqoriya:Hacılar Kateqoriya:Qafqaz Müsəlmanları İdarəsinin müftiləri