Elza Seyidcahan () — Azərbaycanlı bəstəkar, müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır.
2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir.
2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır.
2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir. 2002–2008-ci illərdə bir sıra böyük layihələr ("Mən demək istəyirəm ki", "Tənha") — kimsəsiz uşaqlar üçün "Ümid" layihəsi və digər onlarla bu cür layihələr həyata keçirib.
2009-cu ildəAzərbaycanın ekologiya, fauna və florasının qorunmasına həsr etdiyi aksiya-konserti, Ramazan ayında"Bakı-2009, İslam mədəniyyətinin paytaxtı" elan edildiyində "İftar gecəsinin zövqü-səfası" adlı dəstək layihəsini uğurla həyata keçirib. 2010-cu ildə Azərbaycanda "Ekologiya ili" elan olunanda bu təşəbbüsə qoşularaq respublikanın müxtəlif şəhərlərində — Naxçıvan Muxtar Respublikası, Mingəçevir, Tovuz, Salyan və Xızıda 1200 ağacın əkilməsində iştirak edib və bu münasibətlə Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə böyük şou-konsert verib. 2012-ci ilin yanvar ayında3 gun davam edən "Elza və yeddilər" adlıkonsert-şou proqramı ilə tamaşaçı zövqünü formalaşdıran virtuoz sənətkarların müşayiəti ilə yaddaqalan çıxışlar edib.
2012-ci ildə Azərbaycanda keçirilən "Evrovizion-2012" Beynəlxalq mahnı müsabiqəsinədəstək üçün may ayının 12-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə "Iron Rose" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü ildə qadınlar günü münasibətilə Muğam Teatrında "Həyata küsmə" adlı şəhid ailələrinin xanımlarına həsr edilən konsert verib. 2014-cü ildəLeyla Əliyevanın təşəbbüsü ilə TürkiyəninAnkara şəhərindəXocalı soyqırımında şəhid olmuş azərbaycanlıların xatirəsinə ucaldılan abidənin açılışında iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi qrupla birlikdə Tovuz rayonundakı N saylı Hərbi hissədən startgötürüb soyqırımla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Gürcüstan və Türkiyə marşrutu üzrə şəhərlərdəerməni qəsbkarlarının Qarabağda törətdiyi cinayətlər haqda insanları məlumatlandırıb.Ankarada abidənin açılışında Xocalının səsini dünyaya çatdırıb. Novruz bayramı münasibətilə "İki dövlət, bir millət" devizi altında Elazığ şəhər Firat Universitetində müəllim və tələbə heyəti üçün solo konsert proqramıyla çıxış edib. İki dövlət arasında sülh və dostluq münasibətlərinin inkişafında müstəsna xidmətlərinə görəfəxri fərmanla mükafatlandırılıb.
2014-cü ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilən festivalda dünya şöhrətli bəstəkarların əsərləri ilə yanaşı, müəllifi olduğu "Sevgi" suitasının 4 hissəsi səsləndirilib.2014-cü il dekabrın 24-də Leyla Əliyevanın sözlərinə bəslədiyi "İnsanlar" odası dinləyicilərə təqdim edilib. 2014-ü ildə26 ölkənin iştirakı ilə keçirilən "Türkvizion-2014" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elvin Ordubadlı türk şairi Ayşəgül Yılmazın sözlərinə bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı finala çıxaraq, 8-ci yerə layiq görülüb.2014-cü il dekabrın 27-si Türkiyədə Bəylikdüzü Bələdiyyəsi və İstanbul Avropa Universitetinin dəvətilə solo konsert proqramıyla çıxış edib və mükafatlandırılıb. Fortepiano üçün pyesi əməkdar artist Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. İstanbul Türk Ocağınınbaşkanı Dr. Cezmi Bayram tərəfindən İstanbul Türk ocaqlarının 100 illiyi ilə bağlı Azərbaycan-Türkiyə kültür gecələrində iştirakı və Türk Ocaqlarının təşkil etdiyi mədəni tədbirlərə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Prezident seçkilərində İlham Əliyevə dəstək kampaniyalarının fəal iştirakçısı olub. Bu məqsədlə "Uğura doğru" konsert proqramı ilə Bakıda və Azərbaycanın bir sıra rayonlarındatəbliğat və təşviqat həyata keçirib. Eləcə də "Qadın zorakılığına yox deyək" aksiyasında fəal iştirak edib. İlin sonunda millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə "Addım-addım Türkiyə" devizi ilə Tovuzdan İstanbuladək Azərbaycan həqiqətlərinintəbliğat kampaniyasında iştirak edərək Girəsun Universitetinin 30 min tələbəsi qarşısında vətəni təbliğ edən konsert proqramıyla çıxış edib. Bolu'da "Koroglu festivalı"nda, Karabükdə Cümhuriyyət Bayramında "Şer şöləni gecəsində iştirak edərək mükafatlar alıb.
Azərbaycanın bölgələrində yaşayan ziyalılarla mütəmadi görüşür, hərbi hissələrdə əsgər və zabitlərin qarşısında çıxış edir. Dəfələrlə hərbi hissə komandanlığının Fəxri Fərmanıyla təltif edilib. 2014-cü ildə rabitəçilər üçünhimn, Leyla Əliyevanın "Lyudi" şeirinə mahnı bəstələyib.
Eyni zamanda, Azərbaycan diasporasının inkişafı üçün fəaliyyət göstərir, prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən konsert proqramları ilə dünyanın müxtəlif ölkələrində — Belçika, Hollandiya, İordaniya, Suriya, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Çin, Şimali Kipr Türk Respublikası, Belarus və digər ölkələrdəkonsert proqramları iləçıxış edib.
Dəfələrlə dövlət tədbirləri çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarının ictimaiyyəti və Azərbaycan Ordusunun əsgərləri qarşısında konsert proqramları ilə çıxış edib.
5 il gənc istedadlara dəstək olmaq üçün Azərbaycanı qarış-qarış gəzərək istedadların üzə çıxmasına, arzularının reallaşmasına dəstək olub. "İstedadlar sorağında" müsabiqəsində "Tanıdım səni" və "Azərbaycanın səsi" layihəsində münsiflər heyətinin üzvüdür.
İndiyədək Azərbaycanın və bir çox ölkələrin tanınmış qurumlarının 50-dən çox fəxri-fərman və diplomlarına layiq görülüb. Onların arasında "Qızıl Buta" Milli mükafatı, "V@V Company"nin "İlin mahnısı-2006", Azərbaycan-Türk Kültür Dərnəynin, TUSİAB-ın xüsusi mükafatı, TUMİB-in mənəvi dəstəyə görə müsabiqələr laureatı mükafatı (2007), Rusiya Azərbaycanlıları Konqresinin və Moskva Azərbaycan Teatrının "Azərbaycan İncəsənətinin inkişafındakı xidmətinə görə" diplomu (2008), UNİCEF-in HİV/AİDS-ə həsr edilən "Xilas et" media layihəsində iştirakına görə xüsusi mükafatı, "İrəli", Yeni Azərbaycan Partiyası və Gənclər və İdman Nazirliyinin birgə təsis etdiyi "2008-ci ildə tədbirlərdə yaxından iştirak etdiyinə görə" təltif, GRAND Milli mükafatı (2009), Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkələrarası dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Müdafiə Nazirliyini N saylı hərbi hissəsinin Respublika günü münasibətilə hərbi hissənin və şəxsi heyətin mənəvi psixoloji vəziyyətinin yüksəldilməsi məqsədilə xidmətlərinə görə Fəxri Fərman,"Zirvədəkilər" mükafatı (2009), Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin "Ən yaxşı bəstəkar" Diplomu, İran İR-in Fəcr-e Sübhan-e Muganadına Beynəlxalq şirkətin "Heyvanların Qorunmasındakı xidmətlərinə görə Təqdirnamə" (2009), Benilux Azərbaycanlıları Konqresinin I dərəcəli diplomu və onlarla bu kimi mükafat və diplomlar var.
2009-cu ildən Azərbaycan Respublikasının əməkdar artistidir. 17 fevral 2022-ci ildə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.
Ailə həyatı Bir dəfə rəsmi ailə qurmuş, lakin sonradan boşanmışdır. Həmin evlilikdən ƏləkbərElza Seyidcahan oğlunun boşanma xəbərini təsdiqlədi adlı bir oğlu, Gülşən adlı bir qızı var. Səmərrux adlı bir qız nəvəsi var
Siyasi fəaliyyəti Elza Seyidcahan 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2015-ci il parlament seçkilərində Elza Seydcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Namizədlik prosesi zamanı çətinliklərlə qarşılaşan Seyidcahan Yeni Azərbaycan Partiyasının vahid namizədi Tahir Süleymanovun YAP üzvü olsa da, həmin partiyadan qətiyyən məlumatı olmadığını, YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslərin olduğunu açıqlamışdır. Seyidcahan namizədlik prosesi zamanı rəsmi şəxslərin onu geri çəkilməyə məcbur etdiyini və deputatların 3 ay öncədən təyin olunduğunu dediklərini söyləmişdir. Bu açıqlamaları və partiyasının vahid namizədlər siyahısına zidd olaraq öz təşəbbüsü ilə namizəd olması partiyada xoş qarşılanmamış, onun partiya sıralarından çıxarılması müzakirə olunmuşdur. Namizədliyi qeydə alınandan sonra Mərkəzi Seçki Komissiyasında Elza Seyidcahan bitərəf olaraq göstərilmişdir. O, bu seçkilərdə 4410 səs (16.13%) toplayaraq seçkini Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Süleymanovun ardınca ikinci sırada tamamlamışdır.
2020-ci il parlament seçkilərində Elza Seydcahan yenidən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur. Azərbaycan Respublikasının əməkdar artisi Elza Seyidcahan 2024-cü il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuşdur. Mediada onun YAP-dan çıxarıldığı ilə bağlı məlumatlar yayılmış, 14 avqust 2024-cü ildə Elza Seyidcahan isə bunun yalan olduğunu qeyd etmişdir.
Diskoqrafiya 1) Qəlbin Üsyanı 2) Şeh 3) Gecə 5-in Yarısı 4) Həyata Küsmərəm
Filmoqrafiya Bağdada putyovka var... (film, 2000) Mən sənin dayınam (film, 2001) Sevginin göz yaşları (teleserial, 2013) Miras (teleserial, 2015) Filmin rejissoru Siyavuş Hüseynli, ssenari isə Vüqar. Cəhd (film 2015) Filmdə rolları müğənni Elza Seyidcahan, aktyorlar Namiq Ağayev, Mirzə Ağabəyli və digərləri ifa ediblər, 24 dəqiqəlik filmin rejissoru Mahir Dərvişdir. Hozu (film, 2017) Elza Seyidcahan, Natavan Həbibi, Məcid Hüseynov, Quruluşçu rejissor: İlham Yaşaroğlu "Bozbash Pictures" (2017) "Ailəcanlı" (2018) komediya janrında serial "Baldız" (2018) serial "Oxşarabad" İTV yeni il Film (2018)
Konsertlər "Tapmaca Parti" "Heyvanları qoruyaq"
13 iyun 2009
Əməkdar artist Bəstəkar Müğənni Elza Seyidcahan "Tapmaca Parti" "Heyvanları qoruyaq" şüarı altında Solo Konserti keçirilmişdir.
"Elzanın yaşıl dünyası"
25.05.2010
Heydər Əliyev adına Sarayda Elza Seyidcahanın i "Elzanın yaşıl dünyası" adlı konserti,
konsertdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılmış geniş tikinti-quruculuq və yaşıllaşdırma işlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. konsertdən məqsəd diqqəti ölkədə aparılmış yaşıllaşdırma işlərinə cəlb etməkdir. Yaşıllığı qorumaq bizim hər birimizin borcumuzdur. Konsertdə müğənni repertuarına daxil olan köhnə və yeni mahnıları pərəstişkarlarına təqdim etmişdir.
Muğam Mərkəzində "6 bəstəkar və 6 şair" layihəsi çərçivəsində konsert
16.10.2015
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) "6 bəstəkar və 6 şair" birgə layihəsi əsasında "Mahnıdan — Şarkıya" adlı konsert proqramı təqdim olunub.
konsertdən əvvəl ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, "6 bəstəkar və 6 şair" layihəsinin uğur qazanacağına əminliyini bildirib.