Arif İmran oğlu Babayev () — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1989), professor (1996), Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının sabiq müdiri.

Həyatı thumb|right|Arif Babayev – Zabul segah Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olmuşdur.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlamışdır. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunmuşdur.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik etmişdir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.

Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.

Arif Babayev iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. 1 avqust 2025-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.Xalq artisti Arif Babayevin 1-ci Fəxri xiyabanda dəfn mərasimi

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 yanvar 1978 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989 "Şöhrət" ordeni — 19 fevral 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "İstiqlal" ordeni — 15 fevral 2008 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2010Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib . heydar-aliyev-foundation.org, 10.05.2010 "Şərəf" ordeni — 20 fevral 2018 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20 fevral 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 Heydər Əliyev Mükafatı — 8 may 2025

Filmoqrafiya Şur (film, 1967) Üzeyir ömrü (film, 1981) Ver sözə ehya ki... (film, 1989) Havalansın Xanın səsi (film, 2001) Muğam (veriliş, 2007) Muğamat var olan yerdə… (film, 2009)

İstinadlar

Xarici keçidlər

AĞDAM QƏRİB SƏSİN YANĞISI verlişi ARİF BABAYEVƏ HƏSR OLUNUB "Persona"nın qonağı Xalq Artisti Arif Babayevdir

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Xəzər Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Hacılar Kateqoriya:"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Xanəndələr Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri