() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iii,iv,v).
Arealı Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır. Azərbaycanda arealı dardır. Azərbaycan daxilində Kiçik Qafqazda bitir. Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda rast gəlinir.
Bioloji xüsusiyyətləri Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni ölçülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa, üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
İstifаdəsi Efir yağlı, fitonsid xüsusiyyətə malik bitkidir. Yarpaqlarında yeyinti sənayesində ədviyyat kimi istifadə edilir.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş mühafizə tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax