Azərbaycan — 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.
2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu.
Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov, Teymur Məmmədov və İqbal Hacızadə, həmçinin taekvondoçu Səid Quliyev və boksçu Rüfət Hüseynov Olimpiadanın qalib oldu.
MedalMedalçıİdman növüYarışTarix25x25pxSəid QuliyevTaekvondoOğlanlar, -73 Kq.20 avqust25x25pxİslambəy DadovGüləşOğlanlar, yunan-roma, -69 Kq.25 avqust25x25pxTeymur MəmmədovGüləşOğlanlar, sərbəst, -63 Kq.27 avqust25x25pxİqbal HacızadəGüləşOğlanlar, sərbəst, -100 Kq.27 avqust25x25pxRüfət HüseynovBoksOğlanlar, -49 Kq.27 avqust25x25pxNatiq QurbanlıCüdoOğlanlar, -55 Kq.17 avqust25x25pxLeyla ƏliyevaCüdoQızlar, -44 Kq.17 avqust25x25pxCerən ÖzbəkTaekvondoQızlar, -44 Kq.17 avqust25x25pxBoris YotovAkademik avarçəkməOğlanlar, fərdi20 avqust25x25pxCabbar NəcəfovGüləşOğlanlar, yunan-roma, -50 Kq.25 avqust25x25pxLeyla QurbanovaGüləşQızlar, sərbəst, -62 Kq.26 avqust25x25pxNazim BabayevYüngül atletikaOğlanlar, üçtəkanla tullanma25 avqust
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Güləş3202.Taekvondo1103.Boks1004.Cüdo0205.Akademik avarçəkmə0106.Yüngül atletika001
Nəticələri Akademik avarçəkmə
Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil etdi: Boris Yotov. Boris Yotov 2013-cü ilin aprelində Litvada baş tutan gənclər arasında Dünya Çempionatının nəticələrinə əsasən Nancin Olimpiadasına vəsiqə qazandı. Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı. Bununla da Boris Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İdmançıYarışTəsnifat mərhələsiYarım-finalFinalNəticəYerNəticəYerNəticəYerBoris YotovFərdi qayıq3:25.4701 Q3:22.8502 Q3:30.28025x25px
Atıcılıq
Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil etdi: Urfan Axundov. Urfan Axundov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən təqdim olunan dəvətə əsasən Nancin Olimpiadasında mübarizə apardı. Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında birinci dəfə bu idman növündə təmsil olunurdu.
Urfan Axundov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində 548 xal topladı. Bu nəticələrə əsasən Urfan Axundov təsnifat mərhələsini 16-cı pillədə başa vurdu və Nancin Olimpiadasında mübarizəsini dayandırdı.
İdmançıYarışTəsnifat mərhələsiFinalNəticəYerNəticəYerUrfan AxundovOğlanlar, 10 m., hava tapançası54816N/A
Boks
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu
thumb|300x300px|alt=|Rüfət Hüseynov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olan birinci boksçu olaraq düşdü Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı üç idmançı təmsil etdi: Rüfət Hüseynov, Məsud Yusifzadə və Məhəmmədəli Tahirov. 2014-cü ilin aprelində Sofiya şəhərində (Bolqarıstan) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Rüfət Hüseynov, Məsud Yusifzadə və Məhəmmədəli Tahirov Nancin Olimpiadasına vəsiqə qazandı.
Rüfət Hüseynov turnirin 1/4 final mərhələsində Hindistan nümayəndəsi Şyam Kahara ilə üz-üzə gəldi. Həmin görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Şalhar Aixibəy oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rüfət Hüseynov rəqibinə 2:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Süleyman Lətifov oldu. Həmin görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gələn Rüfət Hüseynov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu. Rüfət Hüseynov həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
Məsud Yusifzadə isə turnirin birinci görüşündəcə Birləşmiş Krallıq nümayəndəsi Məhəmməd Əliyə 1:2 hesabı ilə məğlub və mübarizəsini beşinci pillə uğrunda görüşdə davam etdi. Bu görüşdə onun rəqibi Bolqarıstan nümayəndəsi Daniel Asenov oldu. Həmin görüş formal əhəmiyyətə sahib olduğu üçün Məsud Yusifzadə mübarizə aparmadı və Nancin Olimpiadasını altıncı pillədə başa vurdu.
Məhəmmədəli Tahirov turnirin yarım-final mərhələsində Almaniya nümayəndəsi Peter Kaduri ilə üz-üzə gəldi. Həmin görüşdə Məhəmmədəli Tahirov rəqibinə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Marat Kərimxanov oldu. Həmin görüşdə Məhəmmədəli Tahirov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və Nancin Olimpiadasını dördüncü pillədə başa vurdu.
İdmançıYarış1/4 final1/2 finalFinal / YerOğlanlarRüfət Hüseynov -49 Kq. Kahara Qəl. 2:1 Aixinbəy Qəl. 2:1 Lətifov Qəl. 3:025x25pxMəsud Yusifzadə -52 Kq. Əli Məğ. 1:2N/A Asenov Məğ. w/o6Məhəmmədəli Tahirov +91 Kq.N/A Kadiru Məğ. TKO Kərimxanov Məğ. 0:34
Cüdo
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu
thumb|255x255px|alt=|Leyla Əliyeva Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medalına sahib olan birinci cüdoçu olaraq düşdü Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı 2 idmançı təmsil etdi:[Natiq Qurbanlı və Leyla Əliyeva. 2013-cü ilin avqustunda Mayami şəhərində (ABŞ) baş tutan gənclər arasında Dünya Çempionatının nəticələrinə əsasən Natiq Qurbanlı və Leyla Əliyeva Nancin Olimpiadasına vəsiqə qazandı.
Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu. Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Leyla Əliyeva həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.
Oğlanların turnirində mübarizə aparan Natiq Qurbanlı isə turnirin yarım-final mərhələsində Belçika cüdoçusu Xorre Verstraeten ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Qurbanlı rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bayırcan Cauntayev oldu. Həmin görüşdə Natiq Qurbanlı rəqibinə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İdmançıYarış1/4 final1/2 finalFinal / YerOğlanlarNatiq Qurbanlı -55 Kq.N/A Verstraeten Qəl. 001:000 Cauntayev Məğ. 000:01025x25pxQızlarLeyla Əliyeva -44 Kq. Sayin Qəl. 101:000 Turçeva Qəl. 000:000 Çaqmaqlı Məğ. 000:00025x25px
Güləş
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı beş idmançı təmsil etdi. 2014-cü ilin mayında Bolqarıstanda baş tutan gənclər arasında Avropa Çempionatının nəticələrinə əsasən Cabbar Nəcəfov, İslambəy Dadov, Teymur Məmmədov, İqbal Hacızadə və Leyla Qurbanova Nancin Olimpiadasına vəsiqə qazandı.
Avqustun 25-də yunan-roma güləşi turnirində Cabbar Nəcəfov və İslambəy Dadov mübarizə apardı. Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi. Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu. Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0. Bununla da Cabbar Nəcəfov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi İlham Bəhramov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cabbar Nəcəfov rəqibinə 5:6 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İslambəy Dadov isə qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi. Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu. Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Bununla da İslambəy Dadov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Mason Manville oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 1:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.
Avqustun 26-da qadın güləşi turnirində Leyla Qurbanova mübarizə apardı. Leyla Qurbanova qrup mərhələsinin birinci görüşündə Kanada nümayəndəsi Tianna Kennett ilə üz-üzə gəldi. Həmin görüşdə Leyla Qurbanova rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Olena Kremzer oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Leyla Qurbanova qalib gəldi — 2:1. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Salvador nümayəndəsi Mayra Apariho oldu. Bu görüşdə də qalib gələn tərəf Leyla Qurbanova oldu — 5:0. Bununla da Leyla Qurbanova qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Yaponiya nümayəndəsi Mayu Muhaida oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Qurbanova rəqibinə 4:10 hesabı ilə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.