Qrenlandiya — Dünyanın sahəsinə görə ən böyük adası Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həm də sahəcə ən böyük inzibati ərazidir.Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər.Coğrafiya ensiklopediyası.II kitab.2012.s.95.
Kəşf olunması və tədqiqatı
Normanlar tərəfindən adanın kəşfi thumbnail|Kürən Erik|right|289x289px
thumbnail|Normanların Qrenlandiya və ona yaxın ərazilərə ehtimal olunan səfərləri|329x329px|left
Qrenlandiyanın kəşfi ilə bağlı müxtəlif məlumatlar var. Əsaslı faktlardan biri,Qrenlandiyanın island mənşəli norman Qunbern tərəfindən kəşf olunmasıdır(875-ci il). Ancaq başqa mənbələrdə göstərilən məlumatlara inansaq, Qrenlandiya bu tarixdən daha əvvəl kəşf olunmuş. Tanınmış qütb tədqiqatçısı Vilyarmur Stefanson göstərir ki, Qrenlandiya ola bilsin qədim yunan dənizçisi Pifeyin gördüyü "buzlu Tule ölkəsidir". Hansı ki,e.ə 325-ci ildə Pifey Şimali Avropaya səyahəti zamanı bu ərazinin mövcudluğunu öz yazılarıda göstərmişdir. Sonralar Firtof Nansen Pifeyin materyallarını geniş tədqiq etdikdən sonra bu qənaətə gəlmişdir; Pifeyin səyahəti Danimarka və Norveç sahillərindən çoxda uzağa keçməyib. Onun gördüyü buzlar isə Barens dənizi və Norveç dənizinin buzları olmuş. Stefansonun başqa ehtimalıda mövcuddur: Məlumdur ki,normanlara qədər İslandiya keltlər tərəfindən məskunlaşmışdır. Ola bilsin ki,onlar Danimark boğazına qədər üzmüş və Qrenlandiyanı görmüşdülər.Dicuil.Leber de Menzura Orbis Terras,Berlin,1870.s.41–44.
Qunbern tərəfindən Qrenlandiyanın kəşfi sonralar normanlar üçün adanın mənimsənilməsi üçün stimul oldu. Bu həm də Amerikanın kəşfi üçündə bir təkan oldu. 981-ci ildə digər bir islandiyalı- Erik Torvaldensen (Kürən Erik) Qunbern gördüyü torpaqların axtarışı məqsədi ilə səfərə çıxdı. Erik adanın cənub hissəsinə gəlib çatdı. İslandların Kürən Erik və Eynare Sokkasone haqqında saqasında deyilir: "O sonda buzlarla üzbə-üz olan Blozerk adlı torpağa gəlib çatdı. Birinci qışı Erik adlı adada keçirdi. Növbəti yazda o Erik-fyorda daxil oldu. Həmin yay qərbə doğru üzməyə davam etdi. Növbəti qışı o Erik-Xolmsedə qışladı…"
Ümumən üç qış keçirən Erik sonda İslandiyaya qayıtdı. Növbəti yay o artıq bu əraziləri koloniyalaşdırmaq məqsədi ilə səfərə çıxdı. Adanın Yaşıl torpaq adlandırması məqsədli idi. Erik düşünürdü ki,bu ad insanların ora can atmasına səbəb olacaq.Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.6–7.
Həmən yay 25 gəmi Breydi-fiyordundan Qrenlandiyaya səfərə çıxdı.Ancaq bunlardan 14 Qrenlandiyaya gəlib çata bildilər. Digərləri ya tələf oldu ya da geri qayıtdılar.Normanların o vaxtı adanın müxtəlif yerlərinə verdikləri adalar hal hazırda saxlanılmayıb.Ancaq arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki,Erik-fyorduna o vaxtı normanlar Tunundlyarfik fyordu deyirdilər.Kürən Eriki birinci səfərində adanın qərbində 65°-59° ş.e ilə adanın şərqində 68°-59° ş.e arasında ki,ərazilər tədqiq etmişdir.İkinci səfəridə isə artıq ada haqqında yetərincə geniş məlumata malik idi. Artıq Qrenlandiyanın sərt iqlimi haqqında təsəvvür formalaşmışdır.
Normanlar tərəfindən formalaşdırılan bu kaloniya XV əsrın sona kimi mövcud olmuşdur.XI əsrdə,hansı ki,bu dövr koloniayanın çiçəklənmə dövrü idi, burada 10 000 əhali yaşayırdı. Onlar həm İslandiya ilə, həm də digər Avropa ölkələri ilə ticarət əlaqələrin malik idilər. İl ərzində bura qida, geyim, silah gətirən beş-altı gəmi gəlirdi. Əvəzində isə morj dişi, xəz dəri və suiti yağı aparırdılar.
Normanlar tez-tez ov üçün Bafin dənizin şimal hissələrinə üzürdülər. Belə səfərlərin birində,Kürən Erikin oğlu Leyf Qrenlandiyaynın cənub-qərbdə yeni bir torpaq kəşf etdi. Böyük ehtimal ki, bura Şimali Amrikanın Labrador yarımadası idi. Leyf bu ərazini Vinlyandiya adlandırdı.
Norman mədəniyyətinin izlərinə həm də Elsmir (ada)sında və Smit boğazı yaxınlığında rast gəlinir.Adanın mərəkəzi hissələri isə onlar üçün maraqsız idi. Səbəbi də ərazinin buz qatı ilə örtülməsi idi. Normanların XV əsrdən sonra tədricən məhv olmasınını ilk öncə Şimali Amerika və Avropanın iqlimin sərtləşməsi və Avropa ilə ticarət əlaqələrinin dayanması ilə əlaqələndirilər.
XIV əsrin axırlarında avropalı dənizçilər Qrenlandiyanı il ərzində çox az ziyarət edirdilər.1410-cu ildən isə bu səfərlər dayandı.Sonra ki,dövrlərdə nomranlar haqqında çox az məlumat var. XVI əsrin ortalarında avropalı dənizçilər yenidən adanın cənub-qərb sahillərinə səfərlər etməyə başladılar. Ancaq artıq orada normanlara rast gəlmək mümkün deyildi. Danimarkalı arxeoloq P.Norlunq ehtimal edir ki, normanlar aclqdan məhv olmuşdular. V.Stefansson isə bildirir ki, ola bilsin normanlar eskimoslarla assimiliyasiya olunmuşlar.Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.9.
Danimarka müstəmləkəsi öncəsi tədqiqatlar Orta əsrlərdə Qrenlandiyanın coğrafiyası haqqında çox az məlumat var idi. Hətta Qrenlandiyanı müstəqil ada hesab etmirdilər. Onu adətən Avropanın şimal-qərb hissəsinin yarımadası kimi xəritələrdə göstərirdilər. Balina ovçuluğunun inkişafı ilə əlaqədar yenidən adanın sahil suları diqqət mərkəzinə gəldi. XV-XVI əsrlərdə dəfələrlə bask, irland və digər avropalı balına ovçularının Qrenlandiya sahillərinə gəlməsi haqqında məlumat var. 1473-cü il də danimarkalı admirallar D.Pinninq və X.Potxorst Qrenlandiyanın şərq sahillərinə yaxınlaşdılar və sahildə ki, yüksək dağın ətəyində bu ərazinin kəşfi barədə məlumat lövhəsi qoydular.
1576–1580-ci illərdə ingilis dənizçiləri dəfələrlə bu əraziyə səfər etmişlər. Əsas məqsədlərdən biri də Simal-Qərb dəniz yolunun kəşfi idi. İngilislərin bu fəallığı danimarkalıları narahat etməyə başladı və əraziyə bir neçə ekspedisiya göndərildi ki, məqsədlərdən biri də burada norman koloniyasının axtarışı idi. 1605-ci ildə D.Xoll adanın cənub ucqar nöqtəsinə gəlib çatdı, ən uzun və dərin Lindenov fyordunu kəşf etdi. Növbəti il isə adanın qərb sahillərinin 68°55’ ş.enliyinə kimi kartoqrafik təsvirini yaratdılar. Bundan sonra demək olar ki,qərbi avropa ölkələri Danimarkanın adaya olan hüququnu qəbul etməyə başladılar.
Ancaq ümumən adanın tədqiqatında ingilislər daha öndə olmuşlar.Henri Hudzon və Ulyam Baffinin Qrenlandiyanın tədqqiqatında böyük əməyi olmuşdur. Baffin normanlardan sonra ilk avropalı idi ki, Baffin dənizinin şimal hissəsinə gəlib çatırdı. O həm də Smit boğazınıda kəşf etdi.
1670-ci illərdə artıq danimarkalılar adanın qərbində 78°30’ ş.enliyinə kimi üzə bildilər. Artıq adanın ümumi forması haqqında ətrafli məlumat formalaşmışdır. Bundan başqa məlum oldu ki, ada sahilləri zəngin balina, suiti və dəniz heyvanları ilə zəngindir.və bu səbəbdə adanın növbəti illərdə yenidən tədqiqatına maraq yaratdı və danimarkallılar tərəfindən müstəmləkə elan olunması ilə nəticələndi.
3 iyun 1721-ci ildə danimarkalı misyoner X.Eqede adanın qərb sahillərində məskunlaşdı. Tezliklə burada Qotxob şəhərinin əsasını qoydu.Bu şəhər sonradan Qrenlandiyanın paytaxtı olan Nuuk idi. Eqede burada həm də yerli əhali olan eskimosların sayı, mədəniyyəti, məişəti və dəniz ovçuluğu metodları barəsində geniş məlumat topladı.
Artıq XVIII əsrdə adanın qərb sahillərində danimarkanın ona yaxın ticarət məntəqəsi mövcud idi. 1776-cı ildən Danimarka adada olan ticarətin monopoliyaşdırılmasına qərar verdi.Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.10–12.Stephansson W.Greenland.New-York.1943.s.20–29.
XIX və XX əsrin əvvəllərində ki, tədqiqatlar Nuuk qəsəbəsi.1878-ci il.|thumbnail|295x295px|right Qrenladiyada danimarkalılar tərəfindən salınmış qəsəbələr burada balina ovçuluq sənayesinin inkişafına səbəb oldu.XVIII əsrdə Baffin dənizində nəyin ki,danimarka gəmilərinə,həm də digər avropa ölkələrinin gəmilərinədə tez-tez rast gəlinirdi. Buna baxmayaraq yenə də adanın şimal ucqar əraziləri naməlum olaraq qalırdı.
1818-ci ildə ingilis D.Rossa şərqdən adanın buzlarla dolu şimal sahillərini dövr edərək Smit körfəzinə gəlib çatdı.Bununlada adanın qərb sahillərinin kəşfi yekunlaşmış oldu. Ancaq yenə də adanın şərq sahillərinin tədqiqatı ləngiyirdi. Səbəbdə il boyu bu sahillərinin qalın buz qatı ilə örtülməsi idi.Bura ancaq yayın sonunda yaxınlaşmaq mümkün olurdu. İlk belə yaxınlaşan dənizçilərdən biri də rus Pavkov olmuşdur.Hansı ki,1797-ci ildə adanın şərq sahillərinə yaxınlaşmışdır.
Danimarkalı tədqiqatçılar adanın daxilinın,onun buz örtüyünün öyrənilməsinə az diqqət ayırırdılar.Baxmayar ki,adanın tədqiqatın ilə məşğul olan geoloji və coğrafi kommisiyanın bu bir nömrəli vəzifəsi idi.Qrenlandiyanın buz örtüyünün tədqiqatı ilə ilk məşğul olan isveç səyyahı O.Nordenşeld olmuşdur. 1883-cü ildə o adanın qərb sahillinə yan almış və 120 km məsafəyə yaxın adanın daxilinə hərəkət etymişdir. Bu zaman o müşahidə etmişdir ki,ərazi 1510 m yüksəkliyə qalxır. Bu ərazidə düşərgə yaratdıqdan sondar daha 230 km irəlləmiş.Hündürlük artıq 1947 m çatmışdır. Nordenşeld sonda bu fikirə gəlmişdir ki,ərazi buz qatı ilə bütünlüklə örtülüdür və quru ərazi heç bir yerdə üzə çıxmır.
3 il sonra amerikan səyyahı R.Piri də adanın daxilınə doğru 180 km hərəkət etmişdir. Bu səfərlərdən sonra F.Nansen adanı qərbdən şərqə kəsib keçməyə qərar verir. 1888-ci ilə çox çətin keçən səyahət nəticəsində o Qotxoba(Nuuk) gəlib çatır və oradan da Norveçə qayıdır.
Müasir dövr Alfred Vegener (sağda) və ekspedisiya yoldaşı.1930.|269x269px|thumbnail|right XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başladı. Şimalı Atlantika üzərindən həyata keçirilən hava marşurutları nəticəsində Qrenlandiyanın iki materika arasına əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxdı.
1932–1937-ci illər arası Qrenlandiyanın Arktika sektoruna düşən hissəsində 130 ekspedisiya fəaliyyət göstərmiş,bunlardan 32 danimaraka,20 ingilis,16 amerika və 5 alman ekspedisiyası idi.Bu dövrlərdə ada da tədqiqat aparan ekspedisiyalardan diqqət çəkən alman Alfred Vegener idi. Vegener 3 dəfə ada da genişmiqyaslı tədqiqat aparmış,ilk dəfə sünü partalayışlar yaradaraq seysimik dalğaların köməyi ilə buz qatının qalınlığını təyin etmişdır. Hansı ki,əldə olunan nəticələr müasir rəqəmlərə çox yaxın olmuşdur. Bundan başqa adanın iqlimi və üst frin qatının strukturu,temperaturu haqqında dəyərli məlumat toplanmşdır. Təəssüf ki,3-cü tədqiqat zamanı Vegener və bir qrup ekspedisiya üzvüləri faciyəvi şəkildə həyatlarını itirmişlər.Г.М.Игнатьев.Гренландия.Географгиз.Москва-1956.с.20
İkinci dünya müharibəsi illərində adaya olan maraq azalsada yenə də bəzi tədqiqatlar aparılmışdır. 1942–1943-cü illərdə daha çox amerika tədqiqaçıları adada metroloji araşdırmalar aparmışdılar.
Müharibədən sonra,1948-ci ildə Danimarka adanın ən şimal hissəsi olan Piri torpağı yarımadasının tədqiqatına başladı. Həmən illər artıq adanın aerofoto çəkilişləri aparlmış,1:250 000 miqayaslı xəritələri hazırlanmşdır.1948–1951-ci illərdə adada diqqət çəkən tədqiqatlarda fransız P.E.Viktorun rəhbərliyi ilə həyata keçirilmişdir.
1953-cü ildə artıq Qrenlandiya Danimarkanın ayrılmaz hissəsi hesab olunmağa başlandı. 1979-cu ildən isə danimarka parlamentinin qərarı ilə özünüidarə etmə statusu aldı.
Coğrafi mövqeyi thumbnail|Arktika və Qrenlandiya|350px|left Qrenlandiya Şimali Amerikanın şimal-şərq hissəsində yerləşir. Materikdən və Kanada Arktik arxipelaqında adanı şimaldan Smit boğazı, qərbdən Baffin dənizi və Devis boğazı ayırır. Cənubdnan adanı Labrador dənizinin suları Labrador yarımadasından ayırır. Şərqdən Qrenlandiya İslandiya ilə Danimark boğazı ilə sərhədlənir. Ada şimaldan cənuba doğru 2690 km uzanır. Ən enli yeri isə 1300 km-dir.Малый Атлас Мира.Москва.1980.s.129–134.. Adada yerləşən Morris Cesup burnu şimal qütbünə ən yaxın quru sahəsi hesab edilirdi.
Geoloji quruluşu Geoloji baxımdan Qrenlandiyanın böyük hissəsi kristallik qalxandan təşkil olunub.L.Koxa görə bu qalxan Kanada və Skandinaviya qalxanı ilə eynilik təşkil edir. Ehtimal olunur ki,ada bütün geoloji tarixi boyunca platforma strukturuna malik olmuşdur.