Zəkəriyyə Məhərrəm oğlu Məmmədov () — professor, biologiya elmləri doktoru (1993).
Həyatı Zəkəriyyə Məhərrəm oğlu Məmmədov 29 iyun 1937-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Anası Məmmədova Səkinə Zəkərya qızı evdar qadın olub. Atası Məmmədov Məhərrəm Böyük Vətən müharibəsində həlak olub. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyəti Zəkəriyyə Məmmədov 1960-cı ildən AMEA Zoologiya İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildən böyük elmi işçi, 1994-cü ildən baş elmi işçi, 2006-cı ildən 2016-cı ilə qədər “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları” laboratoriyasının müdiri, 2007-ci ildən 2017-ci ilə qədər isə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
Akademik fəaliyyəti Zəkəriyyə Məmmədov 1965-ci ildə Entomologiya ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1969-cu ildə "Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 1993-cü ildə isə "Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir.
Z. M. Məmmədov institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan, "Azərbaycanda meyvə zərərvericilərinin entomofaqları", "Azərbaycanda alma güvəsinə qarşı bioloji mübarizədə ageniaspis parazitinin arealdaxili köçürülməsi", "Azərbaycanın Mil-Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların və entomopatogen mikroorqanizmlərin rolu", "Böyük Qafqaz zonasında bağ və meşə bitkilərinə zərərverən sovkalar, onlardan ən başlıca zərərverənlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının işlənib hazırlanması", "Azərbaycanın meşə senozlarında ksilofaqlar və onların sayının biotənzimlənməsində parazit və yırtıcı həşəratların rolu", "Azərbaycanda meyvə bitkilərinə zərərverən böcəklərin entomofaqları", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarının zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi" və s.
Z. M. Məmmədov 1965-ci ildən indiyə kimi Azərbaycanın bölgələrində meyvə və meşə ağaclarının zərərvericiləri və onların entomofaqlarının müxtəlif aqrosenozlarda yayılmasını, qida əlaqələrini, bioekoloji xüsusiyyətlərini, zərərvericilərin parazit və yırtıcılarını aşkar etməklə, onlara qarşı bioloji mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Tədqiqatlar əsasında alınan nəticələr kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. Çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqqanadlı aşkar edilmişdir ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Müəyyən edilmişdir ki, pulcuqqanadlıların 59 növü tumlu bitkilərə, 15 növü isə çəyirdəkli bitkilərə zərər verir. 10 növ zərərli pulcuqqanadlının 79 növ parazit cücü tərəfindən yoluxduğu aşkar edilmişdir. Parazitlərin 29 növü Azərbaycan faunası üçün ilk dəfə göstərilir. İlk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanmışdır, bunlardan 12 növü Zaqafqaziya, 14 növü isə, keçmiş SSRİ ərazisi üçün yenidir. Zərərli pulcuqqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti daha ətraflı verilmişdir. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları ageniaspis parazitinin isə alma güvəsinə və 2 növ yırtıcı həşəratın (suntomis, kolosoma) tək ipəksarıyana qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanmış və tətbi olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilmişdir.
Azərbaycanın Mil- Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların pambıq sovkasına qarşı inteqrasiya mübarizə üsulu təklif edilmişdir. İlk dəfə olaraq Azərbaycanda meşə ağaclarına zərərverən 37 növ ksilofaq və onları məhv edən 35 növ entomofaq aşkar edilmişdir ki, onlardan 7 növ ksilofaqın və 4 növ entomofaqın bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrənilmişdir. 19 növ parazitin zərərvericilərə qarşı bioloji mübarizədə istifadə edilmsinin mümkünlüyünü qeyd etmişdir. Z. M. Məmmədov 95-ə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın (Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqanadlıların parazitləri və onladan biloji mübarizədə istifadə olunma yolları), 4 kitabçanın müəllifidir. Onun elmi və pedaqoji kadrların yetişdirilməsində xüsusi xidmətləri var. Hal-hazırda onun rəhbərliyi altında 5 aspirant müdafiə etmiş, 4 dissertant fəlsəfə doktoru və 1 dissertanat elmlər doktoru dissertasiyaları üzərində işləyir. O, 2003-cü ildən ADPU-nin biologiya fakültəsinin əyani və qiyabi şöbələrində bakalavr və magistrlərə ümumi entomologiyadan, ekoloji parazitologiyadan mühazirələr oxuyur və praktik təcrübə məşqələləri aparır. Respublikamızda və ondan kənarda simpozium və konqreslərdə dəfələrlə məruzə ilə çıxış etmişdir. Zoologiya elminin təbliğində və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə, bir neçə dəfə "Maarifçilik və Bilik" cəmiyyəti tərəfindən tərifnamələrlə mükafatlandırılmışdır.
2004–2005-ci illərdə Respublikamızın meşə ərazilərində ziyanverici həşəratların kütləvi artımının qarşısının alınmasında dəyərli elmi və praktiki əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyinə görə AMEA Rəyasət Heyətinin və Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir. Elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə görə institutun müdrəyiti tərəfindən dəfələrlə mükafatlandırılmış və "Əmək Veteranı" medalı ilə təltif edilmişdir. 2003-cü ildən AMEA Zoologiya İnstitutunda dissertasiya müdafiə şurasının üzvüdür.
Mükafatları AMEA Rəyasət Heyətinin fəxri fərmanı; Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəxri fərmanları; Azərbaycan "Bilik" Cəmiyyətinin fəxri fərmanı; Gürcüstan KT Akademiyasının sertifikatları (2013,2014);
Kitabları və monoqrafiyaları З.М.Мамедов. Паразиты вредных чешуекрылых плодовых культур Азербайджана и пути их использования в биологической защите. Изд. "Элм", 2004, Баку, монография, 233 стр. Z. M. Məmmədov. "Kənd təsərrüfatı zərərvericilərinə qarşı aparılan kimyəvi mübarizənin zərəri haqqında". / G. Ə. Mustafayeva N. B. Mirzəyeva // Elmi-kütləvi kitabça. Bakı, 2007, s. 3–33. Z. M. Məmmədov. Bitki zərərvericilərinə qarşı inteqrir mübarizə haqqında biz nə bilirik. / G. Ə. Mustafayeva N. B. Mirzəyeva // Elmi-kütləvi kitabça. Bakı, 2007, s.3–48.
Elmi əsərləri З.М.Мамедов. Распространение кокцинеллид на фруктовых садах в условиях Нах. АССР и их хозяйственное значение. / А.М.Мехтиев // Мат.сесс. Закавказ. сов.к.н. иссл.работ по защ.раст. 1968. Ереван. З.М.Мамедов. Паразиты яблоневой моли в садах Нахичеванской АССР. Известия АН Азерб.ССР, № 4,1968,Баку. З.М.Мамедов. Материалы к изучению паразитов вредителей сада Нахичеванской АССР. / Ш.М.Джафаров // Уч.зап. Азерб. Унта им. Кирова, № 4, 1968.Баку. З.М.Мамедов. Паразиты фруктовой полосатой моли в Нахичеванской АССР. Доклады АН Азерб. ССР № 12, 1968, Баку. З.М.Мамедов. Паразиты сливовой плодожорки в садах Нахичеванской АССР. Мат. сесс. закавказ. корд. сов. по защ. раст. 1968, Тбилиси. З.М.Мамедов. Биологические особенности наиболее двух (паралитомастикс, скамбус) эффективных паразитов фруктовой полосатой моли в условиях Нахичеванской АССР. Мат. сесс. закавказ. Корд. сов. по защ. раст. 1968, Кировабад. З.М.Мамедов. Паразиты яблонной плодожорки в садах Нахичеванской АССР. Мат. мол. Ученых АН Азерб. ССР. 1970, Баку. З.М.Мамедов. Результаты исследований по изучению энтомофагов вредителей сада Азерб. ССР. / А.А.Алиев // Доклады АН Азерб. ССР № 12, 1970, Баку. З.М.Мамедов. Паразитоценоз главнейших вредителей плодовых культур в Нахичеванской и Шеки-Закатальской зоны Азербайджана. / А.А.Алиев // IV съезд ВЕО Воронеж, 1970. З.М.Мамедов. Энтомофаги фруктовой полосатой моли в районах Малого Кавказа Азербайджана. Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1971, Ереван. З.М.Мамедов. Паразиты горностаевых моли в районах Малого Кавказа. Всесоюзн. Совещ. по биометоду 1971, Кишинев. З.М.Мамедов. О некоторых факторах, способствующих эффективности энтомофагов вредителей плодовых культур. / А.А.Алиев, В.П.Камарли, Г.А.Кулиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1973, Тбилиси. З.М.Мамедов. Интегрированная борьба с яблонной моли. / Р.А. Бейбутов // АЗНИИНТИ сел/хоз. 1973, Баку. З.М.Мамедов. Энтомофаги непарного шелкопрядя и возможности использования их в борьбе с ним. / А.А.Алиев, Р.Э.Эфенди // Тезисы докладов на со-вещ. Закавказ. ученых, 1973, Баку. З.М.Мамедов. Малоизвестные энтомофаги непарного щелкопрядя в Закавказие. / А.А.Алиев, Р.Э.Эфенди // Журнал "Защита растений" № 5, 1974,Москва. З.М.Мамедов. Естественные враги вредителей плодовых культур (I част). / А.А.Алиев, Р.А. Бейбутов // Журнал "Селск жизнь" № 2, 1974, Баку. З.М.Мамедов. Естественные враги вредителей плодовых культур (II част). / А.А.Алиев, Р.А. Бейбутов // Журнал "Селск жизнь" № 3, 1975,Баку. З.М.Мамедов. О биологических регуляторах основных вредителей плодовых культур в районах Малого Кавказа Азербайджана. / А.А.Алиев // Журнал "Извест" АН Азерб. ССР, № 5, 1975, Баку. З.М.Мамедов. Внутриареальное переселения агениасписа. Журнал "Защита растений" № 4, 1977, Москва. З.М.Мамедов. Энтомофаги листогрызущих вредителей лесов Азербайджана. / А.Р.Алиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1977, Ереван. З.М.Мамедов. Энтомофаги некоторых вредителей плодовых культур в районах Малого Кавказа Азербайджана. Тезисы доклад энтомол. Азербайджана,1978, Баку. З.М.Мамедов. Значение энтомофагов хлопковой совки и некоторые вопросы биологической борьбы с ним. / А.А.Алиев, Г.Г. Курбанов // Тезисы доклад энтомол. Азербайджана,1978, Баку. З.М.Мамедов. Главнейшие вредные чешуекрылые плодовых культур и их паразиты в условиях Ханларского района Азербайджана. / Л.М.Ахундова, З.А.Алиев // Уч.зап. Азерб. ССР, Ун-на им. Кирова, № 2, 1979, Баку. З.М.Мамедов. Действие химпрепаратов на энтомофагов хлопковой совки. / А.А.Алиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1980, Тбилиси. З.М.Мамедов. Роль и поведение энтомофа-гов в регуляции численности хлопковой совки в условиях Азербайджана. / С.В.Алиев // Мат.сесс.Закавказс.коорд.сов. н/и работ по защ. растений, 1982, Ганджа. З.М.Мамедов. Поведение яблоневой моли и ее паразита агениасписа в условиях Азербайджана. Мат.сесс. Закавказс.коорд.сов. н/и работ по защ. растений, 1982, Ганджа. З.М.Мамедов. О морфологии, биологии и энтомофагах горностаевых молей Азерб. ССР. / Д.Д.Курбанова // Изв АН Азерб. ССР, серия биол. наук, № 3, 1982, Баку. З.М.Мамедов. Опыт борьбы с хлопковой совкой микробиологическими вирусными препаратами. / В.В.Митрофанов, А.С.Симонова // В сб. тезисы докл. Всесоюз. Совещ. по интегр. защ.раст. 1982, Ташкент З.М.Мамедов. Зональное распределение паразитов вредителей плодовых культур Азербайджана. Мат.симпозиума полезных насекомых и их охрана в Азерб.,1983, Баку. З.М.Мамедов. Критерии численности энтомофагов в интегрированной борьбе с хлопковой совкой в Азербайджане. / С.В.Алиев // Мат. "Вопросы защ. растений" (тез.докл. XI сесс.Зак.сов.коорд. н/и раб. по защ. растений), 1984, Ереван. З.М.Мамедов. К изучению паразитов вредителей плодовых культур в Азербайджане. Мат. IX съезда ВЭО, ч.2, ст.33, 1984, Киев. З.М.Мамедов. Результаты исследования вирусного препарата ВИРИН-ХС в борьбе с хлопковой совки. / А.С.Симонова, В.В.Митрофанов // В кн. итого и персп. произ. и пременен. Вирус препар в селс. хоз. (сб.н.трудов) 1984, Москва.