Nəcəfkəndoba yada Nijeroba— Azərbaycan Respublikasının Qusar rayonunun Gilahoba kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd keçmişdə Nəcəfkənd əhalisinin obası olmuş, kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Nəcəfkəndin obası, nəcəfkəndlilərə məxsus oba" mənasındadır.
Tarixi Kəndin bünövrəsi Nijer kənddən köçən ailələr tərəfindən qoyulmuş və zamanla daimi yaşayış məntəqəsinə çevrilmişdir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Gilah kənd inzibati ərazi vahidi tərkibindəki Nəcəfkəndoba kəndi Gilahoba kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Coğrafiyası və iqlimi Kənd Qusar maili düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 109 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri