Arçan — Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Tarixi Baş kənd olan Sturun bilavasitə yaxınlığında, 2-5 km-dən çox olmayaraq 11 kənd yaranır – Xturğan, Ğener, Arçan, Elix, Yerği-kek, Takar, Suv, Güne, Sanay, Vini-Qer, Guğa-Qer, bu qonşu təpələrdə və yamaclarda yerləşən zamanla ən böyük kəndə şamil edilmiş ümumi Stur adı ilə tanınan yaşayış məntəqələrin eyni kökdən gəldiyi deyilirhttps://www.alamjurnal.com/wp-content/uploads/2015/06/13.pdf. +11 soyLəzgicəAzərbaycancaБинедилай цIусад тIур, ЦIусад бине-хуьр кутур,
КIватI хьайила тек са хуьр
Са кIвал, са югъ, са СтIур.
ТIакIар, Арчан, Яргъикек,
Хъутур, Гъенер, мад Элихъ,
Кьерни Гуьне, Сувни тик
Са кIвал, са югъ, са СтIур.
Зегьмет кIани кьегьалар,
Гам храдай гуьзелар,
Къуран Суннат хвевай
Са кIвал, са югъ, са СтIурOn bir soydan gələn xəncəllər, On bir kəndə kök salanlar,
Yığışıb bir tək cammat olanlar
Bir yurd, bir güc, bir Stur.
Takar, Arçan, Yerğikek,
Xutur, Ğener, bir də Elix,
Qer, Güne və Suv da dimdik
Bir yurd, bir güc, bir Stur.
Zəhmət sevən əsil igidlər,
Xalça toxuyan ədəbli gözəllər,
Quran Sünnəni düz bilənlər
Bir yurd, bir güc, bir Stur. Arçan kəndinin yaranması və formalaşması birbaşa qonşu yüksək dağlıq Sudur kəndinin "Sturar" (СтӀурар) xelinin (böyük klan icmasının) tarixi kökləri və daxili klan qolları (sixilləri) ilə bağlıdır. Belə ki, Sudur kəndinin əsasını təşkil edən Sturar xelinə (чlехи сихил) daxil olan müəyyən ailələrin bu ərazidə məskunlaşması nəticəsində müstəqil Arça sixili(soyu: klan içində klan) və Arçan yaşayış məntəqəsi meydana gəlmişdir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Sudur kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Arçan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Coğrafiyası Dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir Arçan kəndi
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 101 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri