Əlimədədli — Azərbaycan Respublikasının Göygöl rayonunun Əlimədədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Əlimədədli oyk, sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir; Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələri kolanı tayfasına mənsub əlimədədli obasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 358 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Göygöl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göygöl rayonunun kəndləri