Yelena Dmitriyevna Stasova (; partiya ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta; ) — Rusiya və SSRİ siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri (9 – 15 sentyabr 1920-ci il), Sosialist Əməyi Qəhrəmanı (1960).

Həyatı Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində dünyaya gəlib. 6 uşaqdan beşincisi olub. Məşhur memar Vasili Stasovun nəvəsi idi. 13 yaşınadək evdə təhsil alıb, 1887-ci ildə birbaşa qadın gimnaziyasının 5-ci sinfinə daxil olub və cəmi 3 il sonra gimnaziyanı qızıl medalla bitirib. Həmin vaxtlarda inqilabçı qadın A. Kollontayla dostluq münasibətləri yaranıb. 20 yaşında V. İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən "İskra" qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vilnüsdə gizli partiya işi aparıb. 1905–1906-cı illərdə İsveçrədə mühacirətdə olub.

1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub, elə həmin il də həbs edilib. 1907-ci ildə Qafqaza gəlib və 5 il Tiflisdə çalışıb. 1912-ci ildə Peterburqa gedib və valideynlərinin mənzilində həbs olunub. 3 il Yenisey quberniyasında sürgündə olub və Beya kəndindəki evində hələ də xatirə lövhəsi var. 1920-ci ildə Mərkəzi Komitə Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub.

1938–1946-cı illərdə "Beynəlxalq ədəbiyyat" jurnalının redaktoru olub. Müharibə illərində xarici dilləri bildiyi üçün cəbhəyə getmək istəsə də, icazə verilməyib.

1942-ci ildən ömrünün sonunadək Moskvada yaşayıb. 5 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı ildə Yeni il axşamında Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.

İrsi Moskvada yaşadığı binaya xatirə lövhəsi vurulub. Sankt-Peterburqda bir küçə və İvanovoda Beynəlxalq Uşaq Evi onun adını daşıyır.

Əsərləri "Страницы жизни и борьбы". М., 1960. —

Mənbə Биография на сайте "Яндекс. Словари" Биография на сайте ХРОНОС Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədrləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin Mərkəzi Nəzarət Komissiyasının üzvləri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:SSRİ-nin fərdi təqaüdçüləri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:Jurnal redaktorları Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirləri