Şimali Amerika Azad Ticarət Assosiasiyası (; ; ) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma.

1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.

İstinadlar

Xarici keçidlər U.S. Department of Agriculture NAFTA links page Office of the U.S. Trade Representative – NAFTA statistics page

Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Şimali Amerika iqtisadiyyatı Kateqoriya:1 yanvarda yarananlar Kateqoriya:1994-cü ildə yarananlar Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Kanadanın müqavilələri Kateqoriya:Meksikanın müqavilələri Kateqoriya:Sərbəst ticarət müqavilələri