Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya.

Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır.

Fitch Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb.

Mülkiyyətçilər və rəhbərlik Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir).

Tarixi Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb.

1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı.

1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu.

2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı.

2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi. Şirkət kredit derivativləri bazarında reytinqlərin verilməsi, analitik tədqiqatların keçirlməsi və bu bazarın ehtiyaclarını ödəmək üçün reytinqlərin verilməsi ilə məşğupl olur.

Kredit reytinqləri şkalası AAA — kredit qabiliyyətinin ən yüksək səviyyəsi AA — kredit qabiliyyətinin çox yüksək səviyyəsi A — kredit qabiliyyətinin yüksək səviyyəsi BBB — kredit qabiliyyətinin kifayət qədər səviyyəsi BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi CCC — defolt mümkün olan səviyyə CC — defoltun mükünlüyünün yüksək səviyyəsi C — defolt qaçılmazdır D — defolt

Mənbə Fitch Ratings-ın rəsmi saytı

İstinadlar

Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Reytinq agentlikləri Kateqoriya:1913-cü ildə yarananlar Kateqoriya:London şirkətləri Kateqoriya:Nyu-York şirkətləri