Syuy Yuyhua(; ) — Çinli qrosmeyster və dünya çempionlarından biri (2006–2008). O, Çinin Se Tszyun və Zu Çendən sonra dünya çempionu olmuş üçüncü qadın şahmatçısıdır.

25 mart 2006-cı ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında finalda Alisa Qallimovaya qalib gələrək, dünya çempionu olmuşdur.

Syuy Yuyhua Çin Şahmat Liqasında Çjetszyan şahmat klubunu təmsil edir.

İstinadlar

Xarici keçidlər Xu Yuhuanın Official Blog Interview with Xu Yuhua Şimali Ural Kuboku, 25 iyul 2008

Kateqoriya:Çin şahmatçıları Kateqoriya:Çində doğulanlar Kateqoriya:Qadınlar arasında şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat qrosmeysterləri