Sarıcalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: "Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi" yaradılıb.

2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın, 03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.

17.03.2005-ci il tarixli 03 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə bu bələdiyyənin Nizmanaməsi qəbul edilib və həmin Nizamnamə Ağdam rayonunun Çəmənli bələdiyyəsinin 21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi), habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.2. Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi;" yaradılıb.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi, habelə 2020-ci ilə qədər Bərdə Regional Ədliyyə İdarəsi, 2020-ci ildən sonra isə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.

Mərkəzi və ərazisi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunun Əlavəsinin "AĞDAM RAYONU" bölməsinin 11-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Sarıcalı kəndində yerləşib.

Həmin bənddə əsasən bu Bələdiyyənin ərazilərinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Sarıcalı bələdiyyəsi3200055101343260839007Çəmənli kənd iəd60922005Sarıcalı kəndi60922038Şükürağalı kəndi60922028

İstinadlar

Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr