Yelizaveta Bıkova (; ) — SSRİ şahmatçısı qadınlar arasında üçüncü və beşinci dünya çempionu.

Həyatı və dünya çempionluğu Yelizaveta Bıkova 1913-cü il noyabrın 4-də Vladimir vilayətində anadan olub. Dördüncü sinfi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya, qardaşının yanına gedir. Məktəbi bitirdikdən sonra əvvəlcə plan-iqtisadiyyat texnikumunu, sonra isə ali məktəbi qurtarmışdır.

Şahmat oynamağı qardaşından öyrənmişdir. Lakin oxuduğu üçün turnirlərdə iştirak etməmişdir. İlk dəfə 1935-ci ildə Moskva çempionatında oynayan Bıkova sonuncu yeri tutmuşdur. Lakin tezliklə istəyinə nail olaraq, şahmat məktəbinə üzv yazıldı və nəzəriyyəni öyrənməyə, tez-tez turnirlərdə çıxış etməyə başladı. Çox keçmədi ki, Moskvanın, sonralar isə ölkənin ən güclü qadın şahmatçılarından biri oldu. 1938-ci ildən 1952-ci ilədək o, 6 dəfə Moskva, 9 dəfə ölkə çempionu adına layiq görülmüşdür. Yelizaveta Bıkova 1953-cü ildə isə tac uğrunda mübarizədə Rudenkoya qalib gələrək, dünya çempionu adını qazandı. 1956-cı ildə tac uğrunda mübarizədə Olqa Rubtsovaya məğlub olmuşdur. Bu məğlubiyyət onun idmandan həmişəlik uzaqlaşması ilə nəticələnməmişdir. Bıkova 1958-ci ildə yenidən tax-taca sahib olmuş yalnız dörd ildən sonra dünya çempionu adını əldən vermişdir.Azər Zeynallı, Pərviz Əliyev, Şahmat aləminə səyahət, səh. 97 Bakı 1986.

İstinadlar

Xarici keçidlər Yelizaveta Bıkova

Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Qadınlar arasında şahmat üzrə dünya çempionları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları