Tahir İsrafil oğlu Atakişiyev () — skripkaçı, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007).

Həyatı 1945-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirmiş və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirmişdir. 1952-ci ildən ömrünün sonunadək Azərbaycan dövlət konservatoriyasının "Simli alətlər" kafedrasında dərs demişdir. 1952–1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olmuşdur.

Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir.

Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var.

Ailəsi Rauf Atakişiyevin qardaşıdır.

İstinadlar

Kateqoriya:Azərbaycan klassik skripkaçıları Kateqoriya:Göyçayda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:XXI əsr skripkaçıları