Mixail Vasilyeviç Barinov () — 1928-1929-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) rektoru olmuşdur.

Həyatı Mixail Vasilyeviç Barinov Rusiyanın Saratov quberniyasının Dubranovo kəndində anadan olmuşdur. Mixail Barinovun ailəsi 1889-cu ildə Bakıya köçmüşdür.

1922-1926-cı illərdə «Azneft»in rəis müavini, 1931-1933-cü illərdə rəis vəzifəsində çalışmış, 1928-1929-cu illərdə İnstitutun rektoru olmuşdur.

Uzun illər Sergey Kirovun yaxın dostu olmuş, 1934-cü ildə Kirov ölümü Barinova güclü təsir etmişdir.

1937-ci ildə Stalin repressiyası zamanı həbs olunmuş, xalq düşməni kimi güllələnmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları Kateqoriya:Repressiya qurbanları Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ neftçiləri