Petro Oleksiyovıç Poroşenko (; ) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.Ukrayna: Petro Poroşenkonun and içmə mərasimi keçirilibUkraynada Petro Poroşenko dönəmi rəsmən başlandıEight Ukrainians make Forbes magazine’s list of world billionaires , Kyiv Post (8 March 2012). Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard). Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti.
1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il).
Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidirKliçko prezidentlik arzusunu mer olmaqla əvəzlədi qafqazinfo.az.
Həyatı 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb. Anası Yevgeniya Sergeyevna Poroşenko(1937–2004)Kuqurluy-Matroska (Bessarabiya, Ruminiya kralliği — indiki Odissey əyalətinin İsmayil rayonu) doğumludur və o da Bolqradda iş həyatına başlamışdı. Poroşenko, Kiyev Dövlət Universitetində Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində, Belnəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, həmçinin O, cüdo idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.
İş həyatı Ali təhsilə yiyələndikdən sonra Poroşenko kakao satışında şəxsi biznesini qurur. 1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olur və sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirir və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilir. Sonralar şokolad istehsalında "Kral" olan Roşen məhsulunun təxminən yarısı Rusiyaya ixrac olunurdu.
Həmçinin bax Avropa həmrəyliyi
Mənbə Şəxsi saytı "ЛІГА.Досье"-də Petro Poroşenko haqqında
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukrayna siyasətçiləri Kateqoriya:Ukraynanın xarici işlər nazirləri Kateqoriya:Ukrayna prezidentləri Kateqoriya:Ukrayna Ali Radasının III çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının IV çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının V çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının VIII çağırış deputatları Kateqoriya:Ukrayna Ali Radasının IX çağırış deputatları Kateqoriya:Avropa Həmrəyliyi üzvləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Ukrayna iqtisadçıları