İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, ; ) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü.
Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var.
Həyatı İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur.The Hungarian Jewish Legacy List . Historians. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur. 1899-1919-cu illərdə Budapeştdə yeni təşkil edilən Şərq Ticarət Kollecinin direktoru olmuşdur. 1919-1922-ci illərdə Budapeşt İqtisadiyyat Universitetinə birləşdirilmiş Şərq İnstitutunda eyni vəzifəni icra etmiş, 1922-ci ildən isə universitetdə türk dilini tədris etmişdir.
12 yanvarEgyes források szerint halálának időpontja január 7. Lásd ÚMÉL. III. 1254. 1945-ci ildə Budapeşt əməliyyatı zamanı aldığı yara nəticəsində vəfat etmişdir.
Fəaliyyəti Elmi fəaliyyətinin ilk illərində əsasən Macar dilinin, eləcə də Mordov dillərinin dialektologiyasını, fonoloji və morfoloji məsələlərini araşdırmışdır. Armin Vamberinin şagirdi olmaqla, onun maraqları türk dilinə və filologiyasına istiqamətləndi. 1885-1890-cı illərdə Konstantinopolda qaldığı müddətdə Rumeliyə, Anadoluya, Suriyaya, Fələstinə və Misirə səfər etmişdir. Səfər zamanı türk və digər yerli xalqların türk dialektlərinin, etnoqrafiyasının, folklor şeirinin və xalqın adət-ənənələrinin xüsusiyyətlərini müşahidə etmiş və araşdırmışdır. Ən önəmlisi isə, onun macarca və digər bir çox Avropa dillərində dərc olunan əhəmiyyətli miqdarda xalq nağılları və lətifələri toplaması idi.
Elmi nəticələrinin tanınması ilə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, eyni zamanda Mərkəzi və Şərqi Asiya Araşdırmaları üzrə Beynəlxalq Cəmiyyətin vitse-prezidenti olmuşdur.
İstinadlar
Xarici keçidlər İqnats Kunoş
Kateqoriya:Türkoloqlar Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Budapeştdə vəfat edənlər Kateqoriya:Macarıstan dilçiləri Kateqoriya:Macarıstan şərqşünasları Kateqoriya:Dialektoloqlar Kateqoriya:Macarıstan yəhudiləri