thumb|right|1871-ci il şəklində Koreya conkası. Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.Crossley, Pamela Kyle, Daniel R. Headrick, Steven W. Hirsch, Lyman L. Johnson, and David Northrup. "Song Industries." The Earth and Its Peoples. By Richard W. Bulliet. 4th ed. Boston: Houghton Mifflin, 2008. 279–80. Print.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir.

Mənbə Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.

İstinadlar

Kateqoriya:Çin gəmiləri Kateqoriya:Yaponiya gəmiləri Kateqoriya:Çin dilində sözlər və ifadələr Kateqoriya:Çin ixtiraları Kateqoriya:Gəmi tipləri Kateqoriya:Takelaj Kateqoriya:Çin mədəniyyəti