thumb|right|150px|Medisonda keçirilən Veloyürüş, Viskonsin (2010-cu il) thumb|right|150px|Bədənin tam çılpaq olması məcburi deyil, bir sıra iştirakçılar öz intim orqanlarını gizlətmək hüququna tam malikdirlər. Ümumdünya Çılpaq Veloyürüş () - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdırOfficial WNBR global web site circa June 2004.

Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olarArtists for Peace/Artists Against War, a non-profit group in Vancouver popularized the motto «Bare as you Dare» and «Naked Bicycle people power» during their Naked Bike Rides in 2003 that led up to and became early models for WNBR.. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir.

Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Tarix Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı. Almaniyada FKK (Freie Körper Kultur), Siettl şəhərində Fremont riders, İspaniyada isə Ciclonudista təşkilatları yürüşü dəstəkləmişdilər. «Rəssamlar sülh üzrə/Rəssamlar müharibəyə qarşı (AFP/AAW)» qrupunun düzənlədiyi aksiyadan sonra, 2003-cü ildə Konrad Şmidt analoji tədbir düzənləməyi planlaşdırırArtists for Peace/Artists Against War’s archived web page is currently hosted by The Work Less Party of British Columbia. Fəal qrup və fərdi şəxslərin birgə işi sayəsində Ümumdünya Çılpaq Veloyürüş sürətlə dünyada yayılmışdır. İlk öncə Çılpaq Veloyürüşün əsas lozunqu bəşəriyyətin neft məhsullarından asılılığına etiraz etməkdən və fərdi insan bədənini bayram etməkdən ibarət idi. 2006-cı ildə istifadə edilən lozunqların sadələşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

2004-cü ildə Veloyürüş dörd qitəni 10 ölkəni və 28 şəhəri əhatə etmişdir. 2010-cu ildə isə bu yürüş artıq ABŞ-dən Böyük Britaniyaya və şərqdə Macarıstandan Paraqvaya qədər böyük bir ərazini əhatə edərək, 74 şəhərdə və 17 ölkədə keçirilmişdi.

Məqsəd Yolların birgə istifadəsi right|180px Tədbirlərin əleyhdarları iddia edirlər ki, bu cür aksiyalar yollarda tıxaca səbəb ola bilər. Bu ifadələrə isə aksiya tərəfdaşları cavab verirlər ki, onlar traffiki dayandırmırlar, onlar özləri traffikin bir hissəsidirlər. Velosiped sürməyi sevən insanların avtomobil ilə sıx yolları keçən zaman aldıqları ağır travma və ölüm hadisələrinin sayını azaltmaq məqsədilə Critical Mass və digər veloaktivist qrupları insanların məlumatlılıq səviyyəsini artırmağa və təhlükəsiz yollardan istifadə etməyi çağırırlar.

Sağlamlıq, səmərəlilik və davamlılıq İştirakçılar hesab edirlər ki, bir çox insanlar anlamırlar ki, velosiped insan sağlamlığı üçün ən əlverişli şəxsi nəqliyyat vasitələrindən biri sayılır. Bunun əvəzində isə onların fikrincə, cəmiyyət standart dəyərlərə - yəni bahalı təhlükəli, yüksək səsli və ətraf-mühiti çirkləndirən nəqliyyat vasitələrinə sahib olmaq arzusuna tabedir. Neftin çox dəyərli xammala çevrilməsindən sonra, o müharibə və iqlim dəyişkiliyinə səbəb olmuşdu.

Ümumdünya Çılpaq Veloyürüşün əsas məqsədləri «Kritik kütlə» adlanan digər təşkilatın lozunq və sloqanlarına çox bənzəyir - məsələn velosiped idmanının insanlar arasında populyarlaşdırılma, yenidən bərpa edilən enerjinin artırılması, ekologiyaya müsbət yanaşma və s. İştirakçılar avtomobilsiz həyatın bir çox faydaları barədə qeyd edilmişdi - yəni havaya atılan dəm qazının səviyyəsinin azaldılması, pulsuz avtodayanacaqların artırılması cəmiyyətə böyük yardım ola bilər.

Metodologiya Bəzi velosiped fəalları Çılpaq Veloyürüş təşkilatçılarını tənqid edərək, ümumilikdə neft asılılığı, velosipedçilərin yollarda bərabər hüquqları və avtomobil mədəniyyəti barədə onların qaldırdıqları etiraz və sualları bayağı adlandırırlar. Təşkilatçılar isə etiraz edərək, "əyləncə" və "ictimai əlaqələr" anlayışlarını qarşılıqlı müstəsna hal hesab edirlər. Yaradıcı müdafiəçilər həvəslənərək, məsələlər barədə düşünməyə başlayırlar. Onlar bildirirlər ki, avtomobillərə ayrılmış yollarda öz velosipedlərini çıxararaq və öz geyimini soyunaraq çılpaqlığın utanclıq hissi yaratmasını rədd etmələri, əslində onu göstərir ki, onların əsl istəyi - hazırkı həyat tərzini ləğv etməkdir.

İctimai çılpaqlığın qanuniliyi Velosiped yarışları zamanı asayişin qorunması yerli qanunlardan və yerli ənənələrdən asılı olaraq dəyişilir. Bəzi hallarda polis keçirilən tədbiri dəstəkləyərək onun həyata keçirilməsinə yardım olur, yol kəsişməsində nəqliyyatın hərəkətinə nəzarət edir, məsələn Londonda (2009-cu ilədək), Braytonda və Portlenddə. Digər hallarda isə, polis daha neytral mövqe tutaraq, sadəcə prosesi nəzarət edir. Bəzən, məsələn Ottava şəhərindəhttp://www.ottawacitizen.com/travel/Ottawa+bike+ride+naked/4932584/story.html «Ottawa bike ride not-so naked» , polis yürüş hərəkətini dayandırmağa və ya iştirakçıların heç olmasa geyimdə çıxmasına çalışır. Həbslər və cərimələr Ümumdünya Çılpaq Veloyürüş keçirilən zaman həbslər nadir hallarda baş verir. 2005-ci ildə Nyu-Hempşir ştatında keçirilən yürış zamanı iki kişi «əxlaqsız soyunma və əyyaşlıqda» ittiham edilərək həbs olunmuşdular. Onlar xuliqanlıq ittihamı ilə razılaşaraq 300 dollar cərimə ödəməyi qərara alırlar; bunun də əksəriyyətini hüquqi müdafiə fondu ödəyirMore information about the case can be found at WNBR North Conway website . Daha altı kişi 2005-ci ildə Çikaqoda keçirirlən Veloyürüşdə ictimai ləyaqətsizlik ilə ittiham olunurlar. Bu iş üzrə tezliklə məhkəmə araşdırmaları başlayır, ittiham olunanlar isə cərimə və hətta 3 ay müddətində məhkəmə nəzarəti altında qalacaqları barədə təhdid olunmuşdular. Həmçinin 12 iyun 2010-cu ildə Vaşinqton ştatının Bellinqem şəhərində keçirilən Çılpaq Veloyürüş zamanı Western Washington Universitetinin kampusda çalışan polis işçiləri tərəfindən iki kişi həbs edilmişdisee http://www.bellinghamherald.com/2010/06/14/1479718/whatcom-county-jail-report-for.html.

İstinadlar

Ədəbiyyat Sustainability and Cities: Overcoming Automobile Dependence (Paperback) by Peter Newman, Jeffrey Kenworthy (Island Press, February 1999) ISBN 1-55963-660-2 The Offense of Public Nudity by Mark Storey Həmçinin bax

Fleşmob Smart mob Xarici keçidlər World Naked Bike Ride official site — əsas məlumatlar World Naked Bike Ride wiki site World Naked Bike Ride in Greece — Yunanıstanda keçirilən Beynəlxalq Veloyürüş (Thessaloniki) — Uelsdə keçirilən Beynəlxalq Veloyürüş (Cardiff / Caerdydd)

Video və foto San Francisco Naked Bike Ride (SF Weekly photo set) Bikewars (London and Brighton Photos 2009) LONDON NAKED BIKE RIDE 2009 (LONDON PIXELS photo set) London Naked Bike Ride 2008 (LONDON PIXELS photo set) World Naked Bike Ride (WNBR) (Brighton photos, 2008) World Naked Bike Ride (WNBR) (Brighton photos, 2006) The World Naked Bike Ride (31 minutes, 2006, UK) by Johnny Zapatos of High Altitude Films — The story of the first World Naked Bike Ride to take place on the streets of London (4 parts) Pictures of the World Naked Bike Ride on Flickr You Never Bike Alone — Feature documentary includes section on WNBR history Miami Beach Police say nude cycling is not allowed 2006 WNBR Seattle Photos 2004 WNBR Seattle Photos Police in São Paulo — Brazil committing abuse against a rider in WNRB WNBR London 11 June 2011 — Start Hyde Park Video

Xəbərlər Biking Revolution News Toolbar

Kateqoriya:Velosiped qaralamaları Kateqoriya:Fleşmob Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Naturizm