Karel Çapek () — çex yazıçısı.

Həyatı 1915-ci ildə Praqa universitetinin fəlsəfə fakültəsini bitirmiş, kitabxanaçı, ev müəllimi işləmiş, jurnalistlik etmişdir. İlk hekayələrini qardaşı Yozef Çaperlə birlikdə yazmışdır. R.U.R (Rossumun Universal Robotları), "Makropulos üsulu" (1922), sosial-fantastik pyeslərində , "Mütləq fabriki" (1922), "Krakatit" (1924) romanlarında, "İtaliyadan məktublar" (1923), "İngiltərədən məktublar" (1924), yol oçerklərində, yumoristik hekayələrində burjua cəmiyyəti tənqid olunur. "Hordubal" (1933), "Meteor" və "Adi həyat" (hər ikisi 1934) trilogiyası kiçik adamların acınacaqlı taleyindən bəhs edir. "Salamandralarla müharibə" (1936) fantastik romanında, "Ağ xəstəlik" (1937), "Ana" (1938) pyeslərində militarizm, faşizm və irqçilik nəzəriyyəsi satira atəşinə tutulur. Yaradıcılığı müasir sosial fantastikanın inkişafına əhəmiyyətli təsir göstərmişdir.

İstinadlar

Kateqoriya:Fantast yazıçılar Kateqoriya:Çex yazıçılar Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Çexiya fotoqrafları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Çexiya yazıçıları Kateqoriya:Dramlar