Rəşad Bəxtiyarov () — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstərib.

Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ("Eşq və intiqam" S. S. Axundov), Müxbir ("Kəllə" N. Hikmət), Qəzet satan ("Hərənin öz payı" X. Qoca), Kinto, Qarson və Rəssam ("Brüsseldən məktublar" H. Həsənov), Silvestr ("Skapenin kələkləri"J. Molyer), Bədxəbər ("Varlı qadın " Ə. Əmirli), Orxan ("Afət" H. Cavid), Ərəb zabiti ("Dar ağacı" B. Vahabzadə), Milis ("Ölüləri qəbiristanlıqda basdırın" İ. Şıxlı), Baloğlan ("Eloğlu" A. Şaiq), 1-ci gənc ("Mesenat" Ə. Əmirli), Abdi ("Qanlı Nigar" S. Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A. Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı).

Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib.

Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 16 oktyabr 2025-ci ildə 47 yaşında vəfat edib.

Mükafatları 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Bəyaz həyat (film, 2003) Bir anın həqiqəti (film, 2003) Son arzu (film, 2003) Məşədi İbad-94 (film, 2005) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Bir ailəm var (teleserial, 2013) 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Aydın) Ata ocağı (film, 2017) (bədii serial) Bu şəhərdə kimsə yoxdur(teleserial)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları