Tərlan Yaşar oğlu Fərzullayev (20 iyul 1979, Bakı) — Azərbaycan aktyoru. "Bacanaqlar" teleserialındakı roluna görə tanınır. "Qonşular", "Aramızda qalsın", "Üç Bacı", "Qız atası" kimi teleseriallarda çəkilmişdir.

Həyatı Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə doğulmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir.

O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Filmoqrafiya Toy (film, 2005) — Tərlan Ailəm (film, 2006) Qonşular (film, 2006) Milçək (film, 2006) — polis işçisi Bacanaqlar (film, 2009) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Sədrəddin) Axırıncı yol (film, 2016) Gizlənpaç (film, 2016) Sevgi Romanı (film, 2020) — polis işçisi Ay Yay Yay (serial, 2018) Tayson (film, 2017) Qız atası (serial, 2014) Qardaşlar (serial, 2017) Axırıncı yol (film, 2015) Stalinin başı (2016)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları