«Utanc» () — Rejissor Stiv Makkuinin 2011-ci ildə dram janrında çəkdiyi film. Baş rollarda Maykl Fassbender və Keri Melliqan oynamışlar. Film, Film4 və See-Saw Films şirkətlərinin birgə istehsalı ilə ekranlaşdırılmışdı. Çoxlu sayda erotik səhnələrin olmasına görə ABŞ-də filmə NC-17 kinoreytinqi verilərək, 2011-ci ildə məhdud sayda satışa buraxılmışdı Stewart, Andrew (4 December 2011). "'Dawn' tops sluggish weekend" . Variety. Retrieved 24 December 2011."'Shame': What the Critics Are Saying" . The Hollywood Reporter. 2 December 2011. Retrieved 24 December 2011.. Böyük Britaniyada Utanc 13 yanvar 2012-ci ildə satışa buraxılmışdı. “Utanc” filmi 17 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 4 milyon dollar reklam büdcəsinə malik olmuşdur.
Filmin xülasəsi
Brendon (Maykl Fassbender) müvəffəqiyyətli, yaraşıqlı reklam icraçısıdır və hiperseksual həyata malik bu şəxs Nyu-York şəhərində yaşayır. Uğursuz ailə həyatına və zahirən heç bir yaxın dostunun olmadığına görə, Brendon özünün artan gizli seksual fantaziyalarından asılı vəziyyətə düşür. Onun çalışdığı şirkətin kompüter sistemi virus təhlükəsi altına düşür; Brendonun kompüterinin sərt diskini təmizləyərkən, onun yükləmə tarixçəsində çoxlu sayda pornoqrafik saytların olduğu məlum olur, məhz bu pornoqrafik saytların birində də virus aşkar edilir.
Brendon və onun şirkət rəhbəri Devid (Ceyms Bec Deyl) birlikdə bara gedərək orada 3 qadınla tanış olurlar. Devid çox içki içdiyindən sərxoş olur və Brendon onu taksiyə mindirir. Sonra isə barda tanış olduğu qızla sekslə məşğul olur. Evə gəldikdə Brendon hamamdan musiqi səsi eşidir və elə bilir ki, bu qarətçidir. Lakin gözlənilməz qonağı onun bacısı Sisi (Keri Melliqan) olduğu məlum olur. Sisi şəhərdə müğənni kimi çalışaraq arada bir kiçik konsertlər verir və indi Brendondan onun evində bir müddət qalmağa icazə verməsini xahiş edir; daha sonra isə bacısının telefonla sevgilisindən onu atmamağı yalvardığını eşidir. Sissinin ziyarəti Brendonun qıcıqlandırır, çünki Sissi emosional köməyə möhtac olduğundan Brendonun şəxsi həyatına müdaxilə edərək onu əsəbləşdirir.
Brendonun onunla birgə işləyən Mariannadan (Nikol Behari) xoşu gəlir. Onlar iş zamanı bir-biri ilə münasibət qururlar və Brendon onu nahara dəvət edir. Nahara gedən zaman, Brendon dayanaraq çoxmərtəbəli otel binasının mərtəbələrinin birində iki sevgilinin aynanın arxasında sevişdiyini görür. Marianna Brendonla restoranda nahar edir və bu yaraşıqlı cütlük arasında yaranan sevgi haqqda söhbətləri hiss edilmədən daha da şəxsi səviyyəyə çatır: Marianna, hələ bu yaxında sevgilisindən ayrılmasına baxmayaraq, sevgi hisslərinə çox pozitiv yanaşır, Brendon isə nikahı sevmir və etiraf edir ki, onun qadınlarla olan əlaqələri 4 aydan çox sürməyib. Cütlük bir-birinə maraq hissi ilə yanaşsa da gecənin sonunda onlar öpüşsüz bir-birindən ayrılaraq hərə öz evinə gedir və bu kövrək anlar Brendona dönüş nöqtəsi kimi görünür.
Növbəti gün, işdə Brendon Mariannanı öpür və onlar həyəcanlı halda özləri üçün iki gün məzuniyyət götürürlər. Brendon onu bir neçə gün əvvəl gördüyü otelə gətirir. Otel otağında onlar bir-birini oxşayırlar və öpüşərək əsəbi və ehtiraslı halda sekslə məşğul olmağa çalışırlar, amma göründüyü kimi Brendon öz ereksiyasını saxlaya bilmir və bundan çox üzülür. Marianna da bir az bundan kədərlənir, lakin o bunu anlayaraq, heç bir problemin olmadığını deyir. Cinsi əlaqənin alınmaması Brendon üçün dönüş nöqtəsinə çevrilir, çünki o qəti sürətdə Marianna və ya kiminləsə daha həmişəlik birləşə bilməyəcəyini anlayır. Marianna oteldən getdikdən sonra, Brendon həmin gün oraya fahişə qadın çağıraraq aynanın önündə onunla sevişir. Qadın əynini geyinib oranı tərk etdikdən sonra Brendon özü üçün gərar verərək, heç bir qadını sevə bilməyəcəyini, onun üçün seksin sadəcə həzz almaq üçün bir vasitə olacağını anlayır.
Brendon metro ilə evə gələn zaman stansiyaların birində qatar rəisi, metroda özünəqəsd etmək istəyən insanın olduğunu deyərək sərnişinləri qatarı tərk etməyə xahiş edir. Ümidsizcəsinə o Sissiyə zəng etməyə çalışır, lakin bacısı telefonu götürmədiyindən Brendon nəyinsə baş verdiyini hiss edib evə qaçır. Evə gəlib çatdıqda, bütün vanna otağının qan içində olduğunu, bacısının isə öz damarlarını kəsərək orada yıxıldığını görür. Brendon tez telefonla təcili yardım çağırır. Sissi sağ qalır və Brendon xəstəxanada bacısına təsəlli verir. Xəsətxanadan ayrıldıqdan sonra, o yerə yıxılaraq və yağış altında höhkürtü ilə ağlayır.
Bir müddət sonra, Brendon filmin əvvəlində metro qatarında onun qarşısında oturan qadını görür və bu dəfə o yalnız bir nişan üzüyünü geyinir. Brendon gözünü ondan çəkməyə çalışır, lakin o, ona gözlərini dikərək gülümsəməyə davam edir. Qadın qatarı tərk etmək üçün qapının ağzında dayanır və Brendon ixtiyarsızcasına öz yerində oturaraq ona baxmağa davam edir. Qatar artıq stansiyaya yaxınlaşır və bütün bu səs-küy içərisində film qara rəng alaraq, izləyiciyə Brendonun növbəti qərarının nə olacağını düşünməyə imkan yaradır.
Rollarda
Aktyor Rol Maykl Fassbender Brendon Sallivan Keri Melliqan Sisi Sallivan Ceyms Bec Deyl Devid Nikol Behari Marianna Lüsi Uolters Metrodakı qadın Aleks Manett Stiven Hanna Uer Samanta
İstehsalı Makkuin öz yaxın dostu və prodüseri Yen Kenninqlə hələ 2008-ci ildə Aclıq filminin birgə istehsalında çalışmışdırlar və buna görə də Utanc filmini yaratmaq məqsədilə onlar yenidən birləşərək See-Saw Films şirkətinin köməyi ilə çəkilişlərə başlamağa qərar vermişdirlər. Kenninq Aclıq filmində baş rol almış Maykl Fassbenderi Utanc filmində çəkilmək üçün dəvət edərək bildirmişdir ki, o yalnız Mayklı bu baş rolda görür. Fassbenderin xarakterinə uyğun olaraq, 2010-cu ildə filmin çəkilişlərinə həmçinin Keri Melliqan (kiçik bacı roluna) və Ceyms Bec Deyl (boss) də qoşulmuşdular. Filmin orijinal ssenarisi hazırlamaq üçün Kenninq həmçinin müəllif Ebi Morqanı da çəkilişə dəvət edir. Bu Ebinin Film4 şirkəti ilə çalışdığı 2 filmdən biri idi (onun digər işi isə Dəmir Ledi filmi idi). Çəkiliş Filmin çəkilişləri 2011-ci ilin yanvar aylarında Nyu-York ətrafında düzənlənməli idi. Fassbender, daha sonralar verdiyi intervyuların birində qeyd etmişdir ki, o çəkilişlərə yalnız mart ayının əvvəllərində başlamışdı. "Məndə filmin o qədər bileti var idi ki, bu haqqda heç Sizə də deyə bilməzdim" — bunu filmə NC-17 verən kastinq rejissoru Evi Kaufman bildirmişdi. Kaufman Makkuinə, filmin çəkilişlərində hətta Brendonun bir gecəlik qadınları kimi filmdə olan xırda detalları belə oynayan yalnız yüksək keyfiyyətli peşəkar aktyorların cəlb edilməsi tapşırığını vermişdi. Bu ideya ondan ibarət idi ki, xırda rollarda oynayan aktyor və aktrisalar öz susqunluğu, hətta yalnız jestikulyasiya ilə və Brendonun əhval-ruhiyyəsini özlərində əks etdirməklə filmin süjetini daha da irəli sürə biləcəklər. Əlbəttə ki, bu rolları oynayanlar müəyyən fiziki tələblərə uyğun olmalı idilər. Filmin həmçinin bir çox səhnələri Çelsi şəhərində çəkilmişdir. Məsələn ofis səhnələri Citigroup Center'də, otel və gecə klubu səhnələri isə Mitpekinq rayonunda yerləşən Standard Hotel'də düzənlənmişdi. Filmin çəkilişləri may ayında sona çatdı və bundan sonra artıq post-prodakşına start verildi.
Qəbuletmə Utanc ilk dəfə olaraq 68-ci Venesiya Film Festivalının əsas müsabiqəsində nümayiş etdirilmişdi. Bu filmdə öz baş roluna görə, Fassbender "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib gələrək Volpi kuboku qazanır. Film həmçinin 36-cı Toronto Beynəlxalq Film festivalına, 49-cu Nyu-York Film Festivalında, 55-ci B.F.I. London Film Festivalında və 34-cü Starz Denver Film Festivalında nümayiş olunmuşdu.
Böyük Britaniyada Utanc 13 yanvar 201-ci ildə seyircilərə rəsmən təqdim edilmişdi. Fox Searchlight kompaniyası filmin ABŞ-də yayılması üzrə çalışırdı.
Film 2011-ci ilin dekabr ayında ABŞ-də məhdud sayda olmaqla nümayiş etdirilmişdi. Fox Searchlight Pictures şirkəti filmin ABŞ-də yayım hüququ əldə etmək üçün təxminən 400 min dollar ödəmişdi.
ABŞ reytinqi Film çoxlu sayda erotik səhnələrin olmasına görə, Amerika kinoasossiasiyası tərəfindən NC-17 (yəni 17 yaşdan aşağı şəxslərin filmə baxması qadağan edilən) reytingi ilə qiymətləndirmişdi. Fox Searchlight filmə verilən reytingə diqqət yetirərək, filmdə əvvəl olan bəzi açıq səhnələri kəsərək asossiasiya tərəfindən R reytingini qazanmağa nail olur. Kinoasossiasiyanın prezidenti Stiv Cilula deyirdi ki, o NC-17 reytingini "qara xətt" deyil, qürur mənbəyi olduğunu hesab edir.
Britaniya mətbuatı Britaniyanın "The Guardian" qəzeti aktyorların təsir edici çıxışları tərifləyərək, həmçinin Keri Melliqanın ifasında New York, New York mahnısını „unudulmaz çıxış“ adlandırırBrown, Mark: Sex and spies. In: The Guardian, 5. September 2011, S. 14.. Evening Standard Maykl Fassbenderin oynadığı rolu yüksək giymətləndirir. Nəşr Makkuini haqqda da xüsusi qeyd edərək, onun rejissorluq fəaliyyətini „xüsusilə seks səhnələr zamanı şübhəsiz ki güclü və kompromissiz“ adlandırmışdı. Buna baxmayaraq, filmə bir sıra etirazlar da mövcud idi; bunlar baş qəhrəman Brendonun keçmişdə „cinsi həbsxanada“ qaldığı haqqda filmdə verilən kiçik ipucular barədə idiMalcolm, Derek: Venice Film Festival. In: The Evening Standard, 5. September 2011..
"Daily Telegraph" qəzetinin yazdığı ətraflı məqalədə ssenari müəlliflərin heç biri — nə Morqan, nə də Makkuinin moral əxlaq və mənəviyyat anlamlarına uyğun gəlmədiyini bildirmişdi. Filmdə nümayiş edilən sinql-bar, tanışlıq etiketləri və seks klublarını isə nəşr „cəhənnəm ilə“ müqayisə etdi. Buna baxmayaraq, Devid Qritten Makkuini "yüksək istedadlı, qabiliyyətli rejissor" və "özünün nadir ilham mənbəyini ustalıqcasına aşkar edə bilən" — deyərək, təsvir etmişdiGritten, David: Tough, uncomfortable and a wonderful film. In: The Daily Telegraph. 5. September 2011, S. 29..
"Independent Extra" nəşri filmin baş qəhrəmanı Brendonu daha çox sevgi dolu Kazanova ilə deyil 1976-cı ildə çəkilmiş Taksi sürücüsü filminin anti-qəhrəmanı Trevis Bikklla müqayisə edir. Digər Britaniya qəzetləri isə filmə daha soyuq yanaşaraq, onun seyirciyə yorucu və çox az dialoq sayının olduğunu bildirirlərMcNab, Geoffrey: Shame. In: Independent Extra, 6. September 2011, S. 14..
Alman mətbuatı Laut Ditmar Datın (Frankfurter Allgemeine Zeitung) fikrincə, həm Aclıq, həm də Utanc filmində baş rolları ifa edən aktyorlara qoyulan etimadları onlar tam olaraq qazanmışdırlar. O filmi „çılpaq ümidsizliyə şik ekskursiya“ olaraq təsvir etmişdiDath, Dietmar: Der Sexus, als Höllenmaschine betrachtet. In: Frankfurter Allgemeine Zeitung. 5. September 2011, Nr. 206, S. 29..
Film musiqisi
"Utanc" filminin orijinal film musiqisi albomu 2011-ci ildə Sony Music şirkəti tərəfindən satışa çıxarılmışdır. Alboma bəstəkar Harri Eskotun orijinal partitura və musiqisi, həmçinin Blondie, Howlin’ Wolf qrupların və həmçinin pianoçu Qlenn Fuldanın bir neçə mahnısı da daxil edilib. Soundtrek 6 dekabr 2011-ci ildə və əvvəlcədən Amazon saytında onlayn satışa çıxarılmışdı
Brandon (Aka Opening) – Harry Escott Aria – Goldberg Variations; BWV 988 (J.S. Bach) Glenn Gould Genius of Love – Tom Tom Club Rapture – Blondie I Want Your Love – Chic My Favorite Things – John Coltrane New York, New York “Theme” – Carey Mulligan Let’s Get Lost – Chet Baker Prelude – Prelude & Fugue No. 10 in E minor, BWV 855 (J.S. Bach) Glenn Gould Variation 15 a 1 Clav. Canone alla Quinta. Andante (1981 Version) – Goldberg Variations, BWV 988 (J.S. Bach) Glenn Gould Unravelling – Harry Escott You Can’t Be Beat – Howlin’ Wolf The Problem – Mark Louque Praeludium – Prelude & Fugue No. 16 in G minor, BWV 885 (J.S. Bach) Glenn Gould End Credits – Harry Escott
Tənqidçilərin mövqeyi