Talışlar – Xəzər dənizinin cənub-şərq sahillərində, o cümlədən, talış dağlarının şərq ətəklərindən yaşayırlar. Onların sahib olduğu dil və mədəniyyət bir başa olaraq, onların tarixi ilə bağlıdır. right|thumb|Dağ talışı (XIX əsr).
Qədim dövr
Daş dövrü
Tunc dövrü Talışların indiki yaşadığı ərazilərdə Tunc dövrə aid Astara rayonunun Siyakü kəndindəki I və II — Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları", Koraoba kəndindəki 3 ədəd kurqanlar var.
Talış dağlarındakı iri daş sərdabələrdə Tunc dövrünə aid toplu ölügömmə adəti qeydə alınmışdır.Süleyman Əliyarlı, Azərbaycan Tarixi. Bakı, 1996. səh. 30
Fransalı arxeoloq Jak de Morqan 1886–1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış ərazisində 230-dan artıq qəbir abidəsini tədqiq edib. Burada çıxarılan maddi-mədəniyyət materialları Azərbaycanın tunc və ilk dəmir dövründəki tarixi inkişafı haqqında məlumat verirdi. Jak de Morqan, burada üzə çıxardığı abidələrin ən yaxşı nümunəlirini Parisin Sen Jermen muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar.Yusif Səfərov, Qədim Azərbaycan. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1989
Dəmir dövrü
Antik dövr 256px|right|thumb|Kadusilər Midiya imperiyasında
E.ə II minilliyin sonu — I minilliyin ilk yüzilliklərində ari tayfaları qeyri-müəyyən səbəblərə görə şərqi avropadan köç etmiş, uzun bir yol qətt edərək, şimali qafqaza və orta asiyaya, ordanda hindistan və iran yaylasına qədər gəlib çıxmışlar.Young T. Cuyler. The Iranian Migration into the Zagros, Iran, V, 1967. Onlara qədər isə xəzər dənizi ətrafındakı bir çox xalqlar bu torpaqların sakini idi. Onlardan da biri kadusilər hesab edilirdi. Strabonun verdiyi məlumatlara görə, onlar Xəzər dənizinin cənub qərb sahilləri boyu 960 kilometrlik dağlıq ərazidə yaşayırdı.Strabon "Coğrafiya" Görkəmli Azərbaycan tarixçisi Q. A. Qeybullayev onların talışların əcdadları olduğu haqqında məlumat verir.
Əhəmənilərin XI satraplığında ilk dəfə kaduslar (kadusilər) haqqında Herodot (III, 92) xəbər verir. Sonralar, onlar haqqında başqa antik yazıçılar da yazmışlar. Kaduslar müasir talışların əcdadlarıdır və onların yaşadıqları vilayət Atropatenaya aid idi.Г. А. Гейбуллаев "К этногенезу Азербайджанцев" (Баку — 1991)
Onlardan şimalda kaspilər və albanlar, cənubda gellər və hirkanlar və qərbdə amardlar yaşayırdı. Qədim dünyanın məşhur tarixçilərinin əsərlərində tez-tez xatırlanılan kadusilər döyüşkən xalq kimi təsvir olunur. Həmin tarixçilərdən olan, Dionis yazırdı:
Kadusilər qayalıq torpaqlarda yaşayır, qayalarda gəzən çox cəld adamlardır, kamandan ox atan əla atıcılardır.Dionis "Məskunlaşmış torpaqların təsviri"
Kadus kimliyinin mənası haqqında çoxlu fərziyyələr olsa da bunların əksəriyyəti əsasızdır. Bu fərziyyələrdən biri də K'ədüs(t) — K'ə — ev, düs(t) — dost, yəni Ev dostu fərziyyəsidir. Lakin, Kadus adının bu cür məna verdiyi haqqında əsaslı bir fakt yoxdur. İranlı tədqiqatçıların fikrincə isə talışların sahib olduğu adın ilkin variantı Əhəməni kitabələrində Sataquş, daha sonrakı dövrlərdə Taquş, yunan müəllifləri tərəfindən isə bu ad təhrif edilərək, Kadus kimi qeydə alınmışdır. Talışşünas və Tatşünas Əli Əbdoli bu barədə bu cür məlumat verir.
Talış xalqına məxsus adın ilkin formasının sataquş olduğu, Haxəmənişi (Əhəməni) kitabələrində bu adın yazıya düşdüyü və sonra onun heç bir qaynaqda qeyd olunmadığı nəzərə alınarsa, onda Haxəmənişilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşməlidir və belə olan sürətdə kadus adı taquş adının qeyd-şərtsiz
yunan variantı olacaqdır. Taluş — Talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.Әли Әбдоли "Кадусларын тарихи" (Теһран — 2002)
Midiyanın yaranması thumb|256x256px|Midiya imperiyası
E.ə 647-ci ildə kadusiyadan cənubda Deyok tərəfindən paytaxtı Ekbatana şəhəri olan Midiya dövlətinin əsası qoyuldu. Madalar irandilli tayfa hesab olnurdu. Lakin, Madanın sərhədboyu ərazilərində qeyri-irani tayfalarda mövcud olmuşdur.Herzfeld E. Medisch und Parthisch. AMI, VII, 1934.
Nəhayət, onu da yaddan çıxarmaq olmaz ki, antik və ellinistlikdən sonrakı dövrdə Midiyada və onunla sərhəd vilayətlərdə qeyri-ari (qeyri-İran) mənşəli qəbilə və xalqlar da yaşayırdı. Onların haqqında Polibi, Strabon, Ptolomey, Plini və başqalarında danışılır. Bu qəbilə və xalqların sırasına güman ki, kadusiləri…aid etmək olar.Играр Алиев "История Мидии" (Баку — 1960)
Madaların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860–825) onların ölkəsini Amädai adlandırırdı. Madalar daim Aşşurların hücumlarına məruz qalıraq, şəhər və kəndləri qarət edilib, yandırılırdı. Nəticədə, e.ə 673-cü ildə Kaştaritinin başçılığı altında xalq hərəkatı formalaşdı. E.ə 672-ci ildə Aşşurlara qarşı müharibə Madaların qələbəsi ilə nəticələndi. Bundan sonra Kaştariti 19 il müstəqil hakimiyyət sürdü, lakin e.ə 653-cü ildə İskit ordusu ilə döyüşdə həlak olur. Kaşkaritinin ölümündən sonra taxt-taca Kiaksar varis olur. O, Midiyada İskit ağalığına son qoyaraq, dövlətin güclənməsi üçün əsaslı addımlar atır. Kiaksar Babillərlə ittifaqa girərək, e.ə 612-ci ildə Aşşur bəlasına son qoyaraq, e.ə 605-ci ildə Assuriyanı süquta uğradır. Bundan sonra, e.ə 590-cı ildə Midiya Kadusiyanı, Manna və Urartunu, o cümlədən, İskit dövlətini də işğal edərək, Midiya imperiyaya çevrildi.Cullican W. The Medes and Peresians. London, 1965.
Midiyanın süqutu. Əhəmənilərin hakimiyyətə gəlməsi thumb|256x256px|Əhməni imperiyası
Astiaqın hakimiyyət illərində (e.ə 585–550-ci illərdə) Midiyada iqtisadi böhran yaşanaraq, maddi ehtiyatlar tükənir, müharibə vəziyyəti və hakimiyyətin mərkəzləşmə siyasəti isə əhalidə narazılığı gücləndirirdi. Bundan istifadə edən II Kuruş Kadusilərlə ittifaqa girərək, xalqı üsyana qaldırır. E.ə 553-cü ildə hakimiyyət qüvvələri hərbi müxalifətə qarşı mübarizədə məğlubiyyətə uğradı. Astiaq əsir götürülürək, Ekbatana sarayının sərvətləri parsaya daşınır. Beləliklə, Midiya süquta uğrayaraq, hakimiyyət farsların əlinə keçir. Bu qələbədən sonra Kuruş irimiqyaslı hərbi əməliyyatlara əl atdı. On ildən qısa bir müddətə imperiyanın sərhədləri qərbdən aralıq və egey dənizlərinə, şərqdən isə orta asiyaya qədər uzanırdı.Herzfeld E. Iran in the Ancient East. London, 1941.
Bu dövrlərdə Kadusilər bütün ön asiya tarixində döyüşlərdəki cəngavərlikləri ilə böyük şöhrət qazanmışdı. Buna baxmayaraq onların dili qafqaz dillərindən ayrılaraq iran dillərinə meyil edirdi.
Quamatanın çevrilişi Farsların qeyri-millətlərə qarşı yürütdüyü vergi siyasətinə qarşı üsyanlar güclənirdi. II Kuruşun vəfatından sonra, hakimiyyət onun oğulları arasında bölüşdürüldü. E.ə. 530-cu ildə Kambizin hakimiyyətə gəlməsi vəziyyəti daha da gərginləşdi. O, Misirin fəthi üçün yollandıqdan sonra, hakimiyyətdə yaranmış boşluq anti-əhəməni hərəkatın başlanmasına Daranın Bağıstan kitabəsidə şahidlik edir.Herzfeld E. The Persian Empire. Wiesbaden, 1968.
Sonra isə yalanlar ölkələrdə – həm Parsada, həm Madada, həm də digər ölkələrdə gücləndi.III Daranın "Bağıstan" kitabəsi
Üsyana Quamata rəhbərlik edirdi. Onun ideoloji silahı artıq Madada yayılmış, Maqların qəbul etdiyi Zərdüştün dininə əsaslanırdı. Onun apardığı islahatlar xalqın rifahına xidmət edirdi. Yuxarı təbəqəni bir sıra imtiyazlardan məhrum etdi, onların əmlakını, qullarını əllərindən aldı, imperiyanın hər bir vilayətinə qasidlər göndərdi, xalqların üç il müddətinə vergilərdən və orduda xidmətdən azad edildiyini bildirdi. O, əsilzadələrə qarşı inadlı mübarizə apardı, amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin qarşısını aldı.
Qaumatanın rəhbərlik etdiyi hərəkat geniş xalq kütlələrinin çıxışı idi. Bu hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində, xüsusilə, Madada Əhəmənilərə qarşı reaksiya xarakteri daşıyan siyasi mübarizə özünün inkişafı prosesində etnik sərhədləri keçmiş, hakim fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş ümumi xalq hərəkatı, etirazı ilə birləşmişdi. Qaumatanın dövründə, geniş xalq təbəqələri güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə etdilər. Dara bu imtiyazları geri almaq istədikdə isə silahlanmış xalq çıxış edərək, bu nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başlamışdı.Herzfeld E. Zoroaster and his World, MI. Princeton, 1947.
E.ə. 522-ci ilin sentyabrında Qaumata öldürüldü. Qaumata öldürülən kimi Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanını başlatdı. Madalılara qədər Elamlılar və Babillər, sonra isə Farslar, Margianalılar, Kadusilər və digər xalqlar çıxış etdilər. Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. İmperiya ön asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü.
E.ə VI əsrin son rübü – IV əsrin birinci yarısında Əhəmənilər dövləti I Dara üsyanları amansızcasına yatırdıqdan sonra, islahatlar apararaq, ölkəni möhkəmləndirir. Artıq imperiyanın sərhədlərini genişləndirmək qərarına gəldi. O, hind vadisini ələ keçirərək, Orta Asiya skiflərinə qarşı yürüşlər etdi. Bundan əlavə, Frakiya və Makedoniya torpaqlarını zəbt edir. Qara dəniz sahillərində yaşayan skifləri itaət altına almaq üçün uğursuz cəhdlər göstərdi, Helladaya kəşfiyyat yürüşlərinə çıxdı. Lakin bütün səylərinə baxmayaraq, öz hökmranlığının son dövründə I Dara xarici siyasətdə getdikcə daha tez-tez müvəffəqiyyətsizliyə uğrayırdı. E.ə. 500-cü ildə Kiçik Asiyanın yunan şəhərlərində farsların zülmünə qarşı üsyan qalxdı. E.ə. 490-cı ildə Attikaya soxulmuş farsların yunanlarla ilk böyük toqquşması Daranın tam məğlubiyyəti ilə başa çatdı.
Əhəmənilər dövlətini qoruyub saxlayan yalnız güclü hərbi qüvvəsi idi. Məhz, hərbi qüvvənin hesabına xalqlar itaət altında saxlanılırdı. Lakin, ordu zəifləyirdi. Buna görə də hökumət muzdlu hərbi qüvvələrdən istifadə etməyə məcbur oldu. Bu səbəbdən orduda vətənpərvərliyi və nizam-intizamı qoruyub saxlamaq zamanla çətinləşirdi.Young T. Cuyler. Survey in Western Iran 1961. JNES, xxv, 4, 1966.
Bu şəraitdə iri satraplıqlar imperiyadan ayrılmaq cəhdləri göstərdilər. Ayrı-ayrı satraplıqlar arasında toqquşmalar adi hal almağa başladı. Separatçılıq cəhdləri, hakimiyyət uğrunda çəkişmələr və saysız-hesabsız saray fitnə-fəsadları I Daranın ölümündən sonra daha da artdı. Kserks (Xsajarsan; e.ə. 486–465-ci illər) imperiyaya varis olsa da sui-qəsd nəticəsində öldürüldü. Fitnə-fəsad və qətllər nəticəsində I Artskserks (Arsaxaça; e.ə. 465–424-cü illər) taxt-taca sahib oldu. Ondan sonra, II Dara (Darayavahuş; e.ə 423–404-cü illər) da törətdiyi cinayətlər hesabın hakimiyyətə gəldi. Daha sonra, şah III Artakserks (Arsaxaça; e.ə. 358–338-ci illər) qüdrətli saray xadimi hərəmağası (xacə) Baqoy tərəfindən öldürüldü.
II Artakserksin (Arsaxaça; e.ə. 404–358-ci illər) ölümü ərəfəsində Əhəmənilər dövlətinin tənəzzülünün və dağılmasının bütün əlamətləri artıq göz qabağında idi. III Artakserks zamanında şah nəsli demək olar tamamilə məhv edilmişdi. Şah hətta körpələrə də aman verməmişdi.
Bu zamanlar Kadusilər Əhəmənilərin əsəratindən çıxmaq üçün inqilaba can atırdı. Bu inqilab həvəsinin nə qədər güclü olduğu II Artakserksin və III Artakserksin Kadusiyaya etdiyi uğursuz yürüşlərindən məlum olurdu. Bu hadisələr hətta, Pompey Traqonun əsərlərində belə əksini tapmışdı.Tit Livi "Mark Yunian Yustinin İxtisarı"