Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; ) — azərbaycanlı aktyor.

Həyatı Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Əsas rolları Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy)

Filmoqrafiya Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!? (film, 2007) Aramızda qalsın (film, 2011-2013) Zəng (film, 2014) Sən demə (film, 2020)

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Yevlax rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları