Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa.
Həyatı İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır.
25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür.
10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əsas rolları Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — Balaxanım
Akademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola
Filmoqrafiya Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri 2 Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya... (film, 1999)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları