Azər Şabanov () — azərbaycanlı aktyor, televiziya aparıcısı.

Həyatı Şabanov Azər Abdusalam oğlu 23 fevral 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyil göstərən Azər ailəsində bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən Cavidan adlı gənc oğlu var. İkinci evliliyindən isə Ərcan adlı oğlu var.Bu da aparıcı Azər Axşamın ikinci həyat yoldaşından olan oğlu - FOTOLAR

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Televiziya fəaliyyəti Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib. 2015-ci ilədək ATV kanalında "ATV Səhər" verilişinin aparıcısı olmuşdur. Həmçinin aktyor həmin kanalda yayımlanan "Qız atası" teleserialında Çingiz xarakterini canlandırır.

Filmoqrafiya #Filmin adıFilmin iliRolJanr1Kəndim+nizə qayıdın!? (Film)2007NuruşFaciəvi komediya2Cavid ömrü2007Məmməd ƏliliDram, Tarix, Bioqrafiya3Halal pullar2008HamletKomediya4Oyunçu2008Komediya5Aramızda qalsın2011AslanKomediya (Sitkom)6Qız atası2014-2025ÇingizKomediya (Sitkom)7100 kağız2015Komediya8Azər Axșam'la Bu Axșam2015–2016AparıcıVeriliș proqramı9Hər Axșam2016–2017AparıcıVeriliș proqramı10Atv Səhər2017 AparıcıVeriliș proqramı11 Mikrorayon2026 MehmanSerial

Həmçinin bax Səxavət Nur

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Lider TV-nin jurnalistləri Kateqoriya:Xəzər TV-nin jurnalistləri Kateqoriya:Azad Azərbaycan TV-nin jurnalistləri Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları