Toni Caa (ingiliscə:Tony Jaa, 5 fevral 1976) — Tayland döyüş sənətləri ustası, aktyoru, rejissoru və kaskadyorudur.

Həyatı Toni Caa (əsl adı Panom Yeerum) 5 fevral 1976-cı ildə Taylandın Surin şəhərində doğulub. Kuy nəslindəndir və Tay, Şimali Xmer və Kuy dilində danışa bilir. 11–12 yaşı olanda atası evlərinə televizor alır, ancaq televizorda Brüs Li , Cet Li və Ceki Çanın filmlərinə baxır və bu aktyorlara olan simpatiyası ona döyüş üzrə aktyor olmağa həvəsləndirir. Onlar ona o qədər ilham vermişdi ki, ev işləri edərkən və ya dostları ilə oynayarkən, atasının düyü çəltikində məşq edərək gördüyü hərəkətləri təqlid edərdi. 2004-cü ildə verdiyi bir müsahibədə Caa belə demişdi: "Onların etdikləri (Ceki Çan, Brüs Li, Cet li) o qədər gözəl idi ki, mən belə etmək istədim. Gördüyüm hərəkətləri tam olaraq edənə qədər məşq etdim". 1986-cı ildə "Born to figh" (azərbaycanca:Döyüş üçün doğulmaq) filminə baxaraq daha da həvəslənir və öz qarşısına döyüş üzrə film kino ulduzu olmağı qoyur. Universitetdə oxuyarkən Taekvondo və Cüdo ilə məşğul olur. Bundan sonra Panom öz sənəti olan Muay Tay sənətini öyrənir. İlk dəfə 1997-ci ildə çəkilən Ölümcül döyüş 2: Məhv etmək filmində Robin Şu və Ceyms Remarın dublyorluğunu edib. 2003-cü ildə isə özünün "Onq-Bak: Muay Tay döyüşçüsü" filmi ekrana çıxır və məşhurlaşmağa başlayır.

Çəkdiyi və çəkildiyi filmlər 2003: Onq-Bak: Muay Tay döyüşçüsü 2005: Tom Yum Qunq 2007: Cangüdən 2 2008: Onq Bak 2 2010: Onq Bak 3

Filmoqrafiya 1994: Spirited Killer 1996: Hard Gun 1996: Mission Hunter 2 1997: Ölümcül döyüş 2: Məhv etmək 2001: Nuk leng klong yao 2003: Onq-Bak: Muay Tay döyüşçüsü 2004: Cangüdən (2004) 2005: Əjdaha şərəfi (film, 2005) 2007: Cangüdən 2 2008: Onq Bak 2 2010: Onq Bak 3 2013: Tom Yum Qunq 2 2014: A Man Will Rise 2014: Fast & Furious 7 2015: Skin Trade

Xaric keçidlər Rəsmi sayt

Kateqoriya:Tailand aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları