Zestafoni FK — Gürcüstanın Zestafoni şəhərini təmsil edən futbol klubu.
Tarixi
2004-cü ildə iyunun 18-də isə şəhərdə Zestafoni adında yeni komanda formalaşdırılıb. Klubun himayəçisi Ferro Səhmdar Cəmiyyətidir. Komanda ev oyunlarını səkkiz min tutumu olan David Abaşidze adına Zestafoni şəhər stadionunda keçirir.
Komanda Gürcüstan çempionatında ilk uğuru 2007/08-ci ildə əldə edib. Həmin vaxt komanda bürünc medalı və Gürcüstan kubokunu qazanıb. 2009-10-cu ildə Zestafoni növbəti dəfə ölkə çempionatında ücüncü yeri tutub.
2010-11 mövsümündə Zestafoni tarixində ilk dəfə Gürcüstan çempionu olub. Komanda 2011-12 mövsümündə də bu titulunu qorumağı bacarıb. Klub dalbadal iki dəfə Gürcüstan Superkubokuna da sahib çıxıb.
İstinadlar
Xarici keçidlər
Rəsmi sayt
Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Gürcüstan futbol klubları Kateqoriya:Əlifba sırasına görə futbol klubları Kateqoriya:2004-cü ildə Gürcüstanda yarananlar