Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur.

Tarixçə Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatındanhttp://www.hurriyet.com.tr/my-way-ile-ugurlandi-6692884 sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı. Əlavə olaraq İgid Buludun, şirkətin qəzeti olan "Habertürk qəzeti"-dəki yazarlığı da sona çatdı.

15 sentyabr 2014-cü il tarixində "HD" yayıma, 16 iyun 2013-cü il tarixində isə 16:9 (geniş çərçivə) formatlı yayıma keçən telekanal, 19 sentyabr 2016-cı il tarixində studiyasını yeniləmişdir.

Telekanalın ən çox izlənilən verilişlərindən biri Fateh Altaylının təqdim etdiyi "Təkbətək" verilişidir.

İstinad

Xarici keçidlər Habertürk TV | Web Habertürk TV | Facebook Habertürk TV | Instagram Habertürk TV | Twitter Habertürk TV | YouTube Habertürk TV | Google+ Habertürk TV | Canlı

Kateqoriya:Televiziya kanalları Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Xəbər televiziya kanalları Kateqoriya:2001-ci ildə yarananlar Kateqoriya:20 martda yarananlar Kateqoriya:Türk dilində televiziya kanalları