Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.509.

Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur.

Toponim qızılbaş tayfasından olan talış etnonimiƏfəndiyev O. Azərbaycan səfəvilər dövləti, Bakı, Azərnəşr, 1993, s.195 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri Kateqoriya:VI əsrdə yaranan yaşayış məntəqələri