Gəlinqaya — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin сənub-qərb yamacında yerləşir.– (hünd. 2876,0 m). Zəngəzur silsiləsinin cənub-qərb  yamacında, Naxçıvançayın sağ qolu  Zərnətünçayın mənbə hissəsində zirvə. Üst Pliosen yaşlı andezit-dasit tərkibli subvulkanik günbəzvari çıxıntıdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının şimal-qərb seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. 

İstinadlar

Ədəbiyyat Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.

Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri