Əli əl-Əsğər () — İmam Hüseynin (ə) kiçik oğlu. O, Kərbəla döyüşündə öldürülmüşdür.

Həyatı Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur.

Vəfatı Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz. " Bu zaman Ömər Səidin tapşırığı ilə Hərmələ üçşöbəli ox ilə Əli Əsğəri boğazından vurur. Əli Əsğər İmam Hüseynin qollarında can verir. İmam Hüseyn onu Kərbəlada cəsədlərin arasında dəfn edir. Əli Əsğər şəhid olarkən göydən belə bir nida gəlir:"Onu Allaha tapşır, çünki behiştə ona süd veriləcəkdir"Əsğər haqqında

İstinadlar

Kateqoriya:Kərbəla döyüşü Kateqoriya:Kərbəlada vəfat edənlər Kateqoriya:Öldürülmüş uşaqlar Kateqoriya:Müsəlman şəhidlər Kateqoriya:Kərbəla döyüşündə həlak olanlar Kateqoriya:1 yaşından əvvəl vəfat edənlər Kateqoriya:İslam tarixi Kateqoriya:Məhəmmədin ailəsi