Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, ) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. "Qızıl qələm", " Həsən bəy Zərdabi", "Xəmsə" , "Xalqın nüfuzlu ziyalısı", "Vicdanlı qələm" və. s. diplom və fəxri fərmanlarla təltif olunub.

Həyatı 1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir.

1996–1997-ci illərdə DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. 2001-ci ildən pedaqoji sahədə çalışır.

Hazırda Göyçay şəhəri 7 nömrəli tam orta məktəbdə Tərbiyə İşləri üzrə direktor müavini vəzifəsində çalışır.

Bir sıra kitablarda A. Kəngərlinin şeirləri verilmiş, adı "XX-XXI əsrin yaradıcı və ziyalı insanları" toplusuna, "Avrasiya şairləri antologiyasına" və "Şirvan ziyalıları" kitabına salınmışdır. Bir neçə şeirinə mahnılar bəstələnmişdir.

Ədəbi və dini fəaliyyətinə görə 2004-cü ildə Cərcis Peyğəmbər (ə) adına fəxri diploma layiq görülüb.

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı 1991-ci ildən mətbuatda yazılarla çıxış etmişdir. 1991-ci ildən 2005-ci ilə qədər "Azərbaycan" nəşriyyatında fasilələrlə "Press-əks səda", "Xalq", "Hürriyyət", "Millət", "Hünər", "Azad yeni fikir", "Sabaha inam" və başqa qəzetlərdə müxbir, şöbə müdirü və redaktor işləmişdir. Hazırda "Məktəb Press" qəzetinin əməkdaşıdır.

Dövrü mətbuatda çap olunmuş 800-dən artıq məqalənin müəllifidir.

Kitabları "Bir Allahın eşqinə" (2004), "Tanrı yolunda" (2005), "Yaxın və uzaq tarix" (2009), "Məni çağır yuxuna"(2013) "Mixaylonun silahdaşı-Partizan Qədir" (2014) "Vaxtsız getdi gəncliyim"

İstinadlar

Kateqoriya:Göyçayda doğulanlar Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Müəllimlər İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları