Balaoğlan Abbasov (tam adı: Balaoğlan Mirzağa oğlu Abbasov, ; ) — Azərbaycan-sovet snayperi, baş çavuş, İkinci Dünya müharibəsi iştirakçısı.

Həyatı Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu.

1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.

Onun snayperçilər qrupu 40 gün ərzində 615 alman əsgər və zabitini öldürmüşdür. Şəxsən özü isə 106 nəfəri öldürmüşdür.

Fəaliyyəti 1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər.

İstinadlar

Mənbə "Балаоглан Аббасов" М., 1943, стр.18.

Xarici keçidlər Аббасов Балаоглан, старший сержант

Həmçinin bax

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Snayperlər Kateqoriya:Baş çavuşlar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Böyük Vətən müharibəsinin snayperləri