Şəxsi ad — Qədim Misirdə hökmdara anadan olarkən verilən ad, beş firon titulundan birincisi. Adətən adın önündə "Ra oğlu" kəlməsi ördək ("za") və günəş ("Ra") heroqliflərilə göstərilir. İlk dəfə IV sülalə zamanında tətbiq edilmişdir. Bu da fironun günəş tanrısı Ranın nümayəndəsi olduğunu göstərir. Qadın fironlar üçün bu heroqliflər "Ra qızı" kimi interpretirasiya olunur. Ördək ("za") və günəş ("Ra") heroqliflərinin ardınca şəxsi ad kartuşun içində heroqliflərlə göstərilir.
İstinadlar
Həmçinin bax Taxt-tac adı Hor adı Nebti adı Qızıl adı Set adı
Kateqoriya:Qədim Misir Kateqoriya:Qədim Misir mifologiyası Kateqoriya:Fironlar Kateqoriya:Heroqliflər Kateqoriya:Misir heroqlifləri Kateqoriya:Simvollar