Qızmeydan (əvvəlki adı: Astraxanka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Qızmeydan kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Astraxanka kənd inzibati ərazi vahidi tərkibindəki Astraxanka kəndi Qızmeydan kəndi, Astraxanka kənd inzibati ərazi vahidi Qızmeydan kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Toponimikası

Tarixi Kəndin keçmiş adı Qızmeydanı olmuşdur. Car hökumətinin Rusiyanın mərkəzi quberniyalarından müxtəlif dini təriqət nümayəndələrini (molokan, baptist, duxobor və b.) milli ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti ilə əlaqədar 1849-cu ildə Həştərxan vilayətindən köçüb gələnlər burada məskən salmışlar. Oykonim Həştərxan adının rusca səslənməsindən və rusların əlavə etdiyi –ka şəkilçisindən ibarət olub, "Həştərxandan gələnlər" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Qozluçayın sağ sahilindən bir qədər aralı, Qızmeydanı platosunda yerləşir.

Əhalisi Kənd əhalisi 1058 nəfərdir ki, onunda 531 nəfəri kişi, 527 nəfəri isə qadınlar təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şamaxı rayonunun kəndləri