Kvestor ( — hərfi "soruşmaq", "araşdırmaq") — Qədim Romada magistrat ordinarlarından biri. İlk olaraq heç bir xüsusi xüsusi səlahiyyətə malik olmayan konsulun ümumi köməkçisi kimi, fəaliyyət göstərən kvestor vəzifəsi, sonralar komissiya tribununa seçilməyə başladıqdan sonra iki sahə: cinayət mühakiməsi hüququ və dövlət xəzinəsi və dəftərxanası idarəçiliyi üzrə ixtisaslaşaraq səlahiyyətləri artmağa başlamışdır. Lakin cinayət mühakiməsi hüququna rəhbərlik konsulun səlahiyyətlərinə daxil olduğu üçün kvestor ibtidai müayinə və sorğunu aparırdı (). Roma Respublikası dövrünün ortalarında cinayət mühakiməsi hüququna rəhbərlik xalq yığıncağının əlində olduğu üçün kvestor səlahiyyəti bu imkanlardan məhrum olmuş olur, ancaq xəzinə və dəftərxana idarəçiliyi ilə məhdudlaşır. Onların vəzifəsi xəzinədarlıq (), gəlir-çıxar dəftərinin aparılmasından () ibarət olur. Sonralar dövlət arxivlərinin mühafizəçisi olduqlarına görə magistrların qanuna sədaqət andları kvestorların önündə içilirdi. İlkin olaraq iki kvestor olduğu halda e.ə. 421-ci ildən onların sayı dördə, e. ə. 82-ci ildən iyirmiyə, Yuli Sezarın zamanında bürokratik üssulların inkişaf etməsilə əlaqədar qırxa çatmşdır.
Kateqoriya:Qədim Roma Kateqoriya:Qədim Romanın dövlət məmurları